Axtarış...

Şəmkirin başçısı həbs olunsa da... - YENƏ KÖHNƏLƏR MEYDAN SULAYIR...

Şəmkirin başçısı həbs olunsa da... - YENƏ KÖHNƏLƏR MEYDAN SULAYIR...


14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyev Rəşad Ənvər oğlu Tağıyevi Şəmkirə icra başçısı təyin etdi.

Prezident videoformatda qəbul zamanı Rəşad Tağıyevə son dövrlərdə Şəmkirdə rayonunda getmiş proseslərlə bağlı çox dolğun və məzmunlu tapşırıqlar verdi. Prezident qeyd etdi ki, həbs olunmuş bütün icra başçıları tabeçiliyində olan işçilərin əli ilə, daha dəqiq desək müavinləri və şöbə müdirləri vasitəsi ilə yerlərdə korrupsiya və rüşvətxorluğa bulaşmışdır, vətəndaşlara qarşı laqeyd münasibət sərgiləmişdir. Bu öz növbəsində bir ismarış, bir tapşırıq idi ki, ciddi kadr islahatları aparılmalıdır, bu işlərdə iştirakçı olmuş, istintaqa cəlb olunmuş kadrları dövlət qulluğundan, dövlət idarəetməsindən uzaqlaşdırmağın zamanıdır.

BƏS RƏŞAD TAĞIYEV NƏ EDİR ?!

Şəmkir rayonundan etibarlı mənbələrimiz məlumat verir ki, Alimpaşa Məmmədovun zamanında çox ciddi korrupsiya və rüşvətxorlua bulaşmış İcra Hakimiyyətinin keçmiş 1-ci müavini, Alimpaşa Məmmədov həbs olunmazdan cəmi 18 gün əvvəl Təhsil Şöbəsinə müdir təyin olunmuş Qüdrət Əliyev, İcra Başçısının qəsəbə və kəndlər üzrə icra nümayəndələrinə cavabdeh olan, şöbə müdiri Rasim Mustafayev sözün əsl mənasında yenidən canlanıblar, Şəmkirdə siyasi fiqura çevriliblər. Rəşad Tağıyevi sözün əsl mənasında idarə edən bu şəxslər, çox qısa zamanda köhnə əməllərini davam etdirmək məqsədindədirlər. Bununla yanaşı, heç kimə sirr deyil ki, bütün icra başçılarının “qara kassası” onların köməkçiləri olur. Dövrü mətbuatda Şəmkir rayon İcra Hakimiyyətini Başçısının köməkçisi Mahir Əliyev haqqında bir çox yazılar dərc olunmuşdur. Özünü apara bilməyən, hisslərinə hakim ola bilməyən, vətəndaşlarla normal ünsiyyət yarada bilməyən, hətta bəzi hallarda onları təhqir edən bu yaramaz məmur, bu gün Rəşad Tağıyevi sözün əsl mənasında öz çirkin əməllərinə alət etməsinə qısa zaman qalmışdır.

İcra Hakimiyyətinin çox ciddi problemlərindən biri də, özəl ali məktəbə aşağı balla qəbul olmuş, idman jurnalistikasından birbaşa dövlət qulluğuna, qısa zamanda Sənədlər şöbəsi kimi məsuliyyətli bir vəzifəyə təyin almış Elgün Seyidovun ən üstün keyfiyyəti, Alimpaşa Məmmədovun zamanında tez tez gözləri dolaraq, “SİZ MƏNİM MƏNƏVİ ATAMSINIZ” deməyi idi. Hər cür vəcdlə Alimpaşa Məmmədova sədaqətini göstərməyə çalışan, özünü savadlı kadr kimi göstərməyə çalışan Elgün Seyidov, əslində siyasi proseslərdən bixəbər bir şəxsdir.

BƏS BU KADRLAR NECƏ VƏ KİM TƏRƏFİNDƏN HİMAYƏ OLUNUR ?!

Heç kimə sirr deyil 2019-2021-ci illərdə ölkədə 8 icra başçısı həbs edildi. Bu proseslər Ağstafaya rayonundan başlayaraq, son olaraq Şəmkirdə dayanmışdır. Diqqət edək, 8 hay-küylü həbsdən 2-si Prezident Admnistrasiyasında rayonlara nəzarət edən şöbənin işçisi, yəni kurator Orxan Mürsəlovun payına düşür. KİMDİR ORXAN MÜRSƏLOV ?! Özünü Cavid Qurbanovun yaxın qohumu kimi təqdim edən, iclaslarda adını çəkməkdən çəkinməyən bu gənc, çox böyük siyasi iddiadadır. Zaman-zaman Gədəbəyə, sonra Ağstafay, son olaraq Şəmkirə başçı gəlmək istəyən bu gənc, yuxarıda adları çəkilən şəxsləri çox ciddi himayə edir. Şəmkir 4 aydan artıq zamanda başçısız qalmış rayon oldu. Təbii ki, həmin dövrlərdə bir çoxlarının necə deyərlər İÇ ÜZÜ ÇÖLƏ ÇIXDI. Başçı vəzifəsini icra edən 66 yaşlı Fəxrəddin Vəliyev sözün əsl mənasında düşdü adları yuxarı çəkilən şəxslərin əsarətinə. NİYƏ ?! Cavab çox sadədir ! İstənilən məsələ ilə bağlı Mahir Əliyev, Elgün Seyidov, Rasim Mustafayev, son olaraq Qüdrət Əliyev birbaşa məruzə edirdilər Orxan Mürsəlova, o isə öz növbəsində birbaşa Fəxrəddin Vəliyevə təzyiqlər edirdi. Hətta bir zamanlar rayonda söhbətlər dolaşırdı ki, Fəxrəddin Vəliyevlə Orxan Mürsəlov arasında çox ciddi insindent olmuşdur və Fəxrəddin Vəliyev Orxan Mürsəlovu rayona buraxmırmış gəlməyə.

Rəşad Tağıyev gənc olmasına baxmayaraq, kifayət qədər ciddi siyasi vəzifələrdə işləmişdir, kadrlar işinin təşkilatçısı olmuşdur. Ümid edək ki, onun ətrafında hal-hazırda hörümçək toru hörməyə çalışan bu yarıtmaz, rüşvətxor, korrupsioner məmurlar onun imicini zədələmədən, yaxasını onların əlindən çəkəcəkdir. Əks təqdirdə, zaman keçdikcə, bu şəxslər onun siyasi karyerasına və reputasiyasına çox ciddi zərbələr vuracaqdır.

Araşdırmaçı yazıçı Qafar Namazov

DİA.AZ-dan: İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz