Axtarış...

“Prezidentdə müraciət elədiyimizə görə bizi işdən qovdular” - Qalmaqallı direktorun dəhşətli əməlləri

“Prezidentdə müraciət elədiyimizə görə bizi işdən qovdular” - Qalmaqallı direktorun dəhşətli əməlləri

“Direktor Nərmin Qaralovanın qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət etdiyimizə görə, bizə qarşı az qala terrora əl atırlar, müxtəlif iyrənc üsullarla bizi işdən uzaqlaşdırırlar”.

Bunu Bakupost.az -a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimləri deyib.

Onların sözlərinə görə, baş verən haqsızlıqlar, müəllimlərin kütləvi şəkildə qanunsuz olaraq işdən uzaqlaşdırılması ilə bağlı etdikləri müraciətlərə heç bir reaksiya verilmir:
“Biz müxtəlif yerlərə müraciət edirik, ərizə və şikayət məktubları göndəririk. Amma səsimizə səs verən yoxdur. Biz cənab Prezident İlham Əliyevə, Birinci vitse-Pprezident Mehriban xanım Əliyevaya, Təhsil Nazirliyinə, Prezident Administrasiyasının Humanitar Şöbəsinin müdiri Fərəh Əliyevaya, Milli Məclisə müraciətlər göndərmişik. Amma hələ bu günə qədər heç bir cavab yoxdur.
Təhsil Nazirliyinin şöbələrinin müxtəlif işçilərinin qəbulunda olmuşuq. Nərmin Qaralova 2020-ci il dekabr ayında, pandemiya dövründə, əlbəttə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru Ceyran Mahmudovanın göstərişi, təklifi, Təhsil Nazirliyinin razılığı ilə Humanitar Kollecə direktor təyin olunduğu gündən, kollec işçilərinin qara günü başlayıb.
Gəldiyi ilk gündən etibarən qul-kölə psixologiyası ilə çalışır. Humanitar Kollecin hər bir işçisini, yaşlısını, cavanını, təcrübəlisini, təcrübəsizini, savadlısını, savadsızını qula çevirmək üsulu ilə fəaliyyət göstərir.
“Biz ağayıq, biz hər kəsdən üstünük, mən hər kəsdən üstünəm, müavinim də hə kəsdən üstündür”, deyərək birinci iclasda təhqiramiz sözlərlə kollektivə müraciət edib. “Hamınızın dalından təpik vuracam, hamınızı bayıra atacam” və sairə deyib. Onun kollektivlə, tələbələrlə hansı əcaib ifadələrlə danışdığını bütün cəmiyyət bilir, onun yayılan səsi ölkədə hamıya məlumdur. Bütün bu təhqirlərə dözənlər dözüb, dözməyənlər - biz 2020-ci ilin aprel ayında Prezident İlham Əliyevə, nazirliklərə, digər aidiyyəti təşkilatlara ünvanlanmış şikayət məktubu yazmışıq, qol çəkmişik. Bu qolu çəkən zaman Prezidentin “artıq zaman dəyişib, kimdən şikayət olunursa, o məktublar həmin şikayət olunan şəxsə deyil, aidiyyəti orqanlara göndəriləcək və həmin orqanlar da araşdıraraq günahkarı cəzalandıracaq” sözlərinə əsaslanmışıq və şikayət ərizəsi yazmışıq. Şikayət ərizəsini, Fərəh Əliyevanın rəhbərliyi ilə Prezident Administrasiyası Prezidentin sözlərinə etinasızlıq göstərərək, Dövlət Mədəniyyət və İncəsənət universitetinin rəhbərliyinə göndərib. Oradan da həmin ərizəni Ceyran Mahmudova imzalarla birlikdə Nərmin Qaralovaya göndərib.
Həmin gündən Nərmin Qaralova o şikayət ərizəsinə qol çəkənlərin hər biri ilə ayrı-ayrılıqda düşmən münasibəti və prinsip aparır. Kimi ki, qorxudub, kimə ki təzyiq göstərə bilib, onları çağırıb, hədə-qorxu ilə, işdən çıxarmaq hədəsi ilə təkzib məktubları yazdırıb. Guya, məktubdan xəbərləri olmayıb, qolu, şəxsiyyət vəsiqələrinin pin kodunu guya, gözüyumulu göndəriblər və sairə. Nərmin Qaralova buna əsaslanaraq şikayət ərizələrinin arxasına həmin ərizələri tikərək, “yuxarıya” göndərib və bununla da ”təmizə çıxıb”.
Amma bugünkü gündə bu qədər kütləvi şəkildə işdən çıxarılma, qeyri-qanuni şəkildə şöbələrin ixtisarı, qeyri-qanuni şəkildə fənn komissiyalarını ixtisar edərək, humanitar fənn adı altında Azərbaycan dili Ədəbiyyat, İngilis dili, Rus dilini birləşdirmək əvəzinə, humanitar fənn adı altında Azərbaycan Tarixi, Ədəbiyyat və birdə Sosiologiya fənnini birləşdirib. Eləcə də İctimai Elmlər Fənn Birliyinin sədri şikayət məktubuna qol çəkdiyi üçün həmin İctimai Elmlər Fənn Birliyini parçalayaraq tarix hissəsini verib humanitar fənn biriliyi adı altında ədəbiyyatçıya, halbuki tarixdən xəbəri yoxdur və iqtisadiyyat, coğrafiyanı da təbiət elmləri adı altında verib riyaziyyata. Çünki onların hər ikisi Nərmin Qaralovanın tərəfdarları, tərifləyənləri idi”.
Müəllimlər bildirib ki, aylardı küçələrdə haqlarını müdafiə etmək üçün çalışırlar:
“Bizim bu gün əsas şikayətimiz odur ki, şikayət edirik, deyirik ki bu qədər qanunsuzluqlar baş verib. Bizə deməkdən ki, Nərmin Qaralova günahkardı cəzalandırılacaq, deyirlər gözləyin, görək nə olur. İxtisara düşən şöbə müdirlərinin hər biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının hüquqları pozulub, Azərbaycan vətəndaşı 3 aydı küçələrdədir. Gecə-gündüz, yağış, külək bilmir, payızın bu soyuq günlərində bütün aidiyyəti təşkilatların qapısını döyürlər, Nərmin Qaralovanı cəzalandırmaq, vəzifəsinən uzaqlaşdırmaq yerinə deyirlər siz işlə təmin olunacaqsız.
Söhbət işlə təmin olunmaqdan da getmir. Bu gün maddi-mənəvi dəyən ziyanı kim ödəyəcək bəs? Hansı işlə təmin edəcəklər? Nə üçün bizi başqa kolleclərdə və yaxud başqa təhsil müəssisələrində işlə təmin etməlidirlər? Bizim illərlə çalışdığımız kollecdə iş, dərs saatı ola-ola nə üçün kənardan kollecə başqa müəllimlər gətirilir, kollecdə illərlə işləyən müəllim çıxarılır? Bu kollec niyə bir ərköyün adamın şəxsi mülkü kimi idarə olunmalıdır? Nazirlik də deyir ki, sizi başqa yerdə işlə təmin edəcəyik. Nə üçün, səbəb nədir? Bunu kim izah edəcək bizə? Azərbaycan vətəndaşına dəyən o maddi- mənəvi ziyanı kim ödəyəcək? Nərmin Qaralova niyə cəzalandırılmır? Niyə işindən uzaqlaşdırılmır? Niyə Təhsil naziri Nərmin Qaralovadan qorxur? Bu suallarımıza cavab istəyirik”.
Qeyd edək ki, bir müddət əvvəl Nərmin Qaralova 67 müəllimin işdən çıxarılması barədə qərar qəbul edib. Onlara bildirilib ki, ya bir illk müqaviləyə qol çəksinlər, ya da işə buraxılmayacaq. Bundan narazı qalan müəllimlər isə ondan şikayət ediblər. Sonradan bəzi müəllimlər direktorun təkliflə razılaşmağa məcbur olublar. Digər müəllimlər isə işdə adı getsə də auditoriyaya buraxılmır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz