Axtarış...

Vüsal Hüseynov da BUNU BACARMADI... - İDDİA

Vüsal Hüseynov da BUNU BACARMADI... - İDDİA

Məlumdur ki, hər bir ölkənin özünün müstəqil miqrasiya siyasəti olur. Müstəqil dövlətimizin miqrasiya siyasəti hansısa beynəlxalq təşkilatların diqtəsi ilə deyil, öz qanunlarımız əsasında fəaliyyət göstərir.
Onu da unutmamalıyıq ki, Azərbaycan dünyanın bir parçası olduğu üçün beynəlxalq normalara da əməl olunmalıdır.
Ölkəmizdə olan stabillik, iqtisadi inkişaf, sahibkarlıq fəaliyyəti üçün sivil qanunlar və digər mühüm faktorlar ölkəmizə əcnəbi axınını gücləndirir.
Hər il ölkəmizə qonaq kimi gələn, iş üçün gələn, turist kimi ölkəmizdə olan əcnəbilərin sayı durmadan artır.
Təkcə bir faktı qeyd edək ki, bu gün ölkəmizdə yüzlərlə, bəlkə də minlərlə əcnəbi həkimlər, biznesmenlər, sahibkarlar, adi işçilər çalışır. Bunlar hamısı ölkəmizin uğurlarıdır.
Ancaq unutmamalıyıq ki, bu əcnəbi axını miqrasiya qanunları ilə ciddi tənzimlənməlidir.
Bunun üçün həm mükəmməl qanunvericilik bazası mövcuddur, həm də Dövlət Miqrasiya Xidməti fəaliyyət göstərir.
Etiraf etmək lazımdır ki, Dövlət Miqrasiya Xidmətində olan neqativ hallara görə, 2018-ci ildə qurumun rəhbərliyində ciddi kadr dəyişikliyi baş verdi və Prezidentin sərəncamı ilə Vüsal Hüseynov Xidmətə rəis təyin olundu.
Onu da qeyd edək ki, Vüsal Hüseynov 5 il qanunverici hakimiyyətdə, yəni Milli Məclisdə təmsil olunduğu üçün düşünməyə əsas var idi ki, yeni rəis ən azı miqrasiya məsələlərinin qanunvericilik tərəfini əla mənimsəyib.
Əlbəttə, biz miqrasiya sahəsində hər şeyi qaralamaq fikrindən uzağıq. Amma etitaf etmək lazımdır ki, bu sahədə problemlər qalmaqda davam edir.
Hələ də ölkəmizə gələnlərə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin əcnəbilərin işə düzəlməsi ilə bağlı süründürməçilik halları var.
Hətta rüşvət hallarına da rast gəlmək olur.
Məlumdur ki, miqrasiya ilə bağlı qanunvericilikdə konkret olaraq göstərilib ki, ölkəmizə gələn əcnəbilər 15 gün müddətində qeydiyyatdan keçməlidirlər.
Yəni ölkədə 15 gündən artıq yaşamaq istəyənlər mütləq qeydiyyatdan keçməlidir. Amma nə baş verir ?
Sanki Dövlət Miqrasiya Xidmətinin əməkdaşları 15 gün əcnəbini görmür və 16-cı gün əcnəbinin başının üstünü alaraq onu 400 manat cərimə edir.
Əlbəttə, qanunvericilikdə 15 gün müddəti və 400 manat cərimə məsələsi təsbit olunub. Amma...
Amması odur ki, axı Dövlət Xidmətinin əmkdaşları məhz cərimə etmək üçün fürsət gözləməməli, vaxtında əcnəbi qonağa ən azı xəbərdarlıq etməli və digər hərəkətlər edə bilərdilər.
Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov öz video müraciətində Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, “Miqrasiya könüllüləri” İctimai Birliyi və Gənclik İnkişaf Forumunun gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verməsindən, miqrasiya sahəsində maarifçilikdən danışır.
Çox gözəl, cənab rəis !
Bizim də dediyimiz odur ki, əvvəlcə bu sahədə bir maarifçilik işi aparın, ölkəmizə qonaq gələn əcnəbilərə öz hüquqlarını və bizim qanunların tələblərini başa salın və...sonra 400 manat cərimə məsələsini həyata keçirin.
Sözümüzün canı odur ki, bu boyda dövlət qurumunun məqsədi sadəcə ƏCNƏBİNİ CƏRİMƏ ETMƏK deyil.
Sözün düzü, belə hallar ölkəmizə təşrif buyuran əcnəbilər arasında narazılığa səbəb olur və ölkəmizlə bağlı mənfi imic formalaşdırır.
Bir daha təkrar edirik ki, dövlət qurumunun məqsədi profilaktika, yəni qanunsuzluğun qarşısını almaqdır, cərimə toplamaq deyil. Cərimə etmək sadəcə məqsəd yox, vasitədir.
Bu bilirsiniz nəyə bənzəyir ?
Yol polisi gözləyir ki, qəza baş versin və sonra ağacın dalından qəfil çıxsın.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları həm də onu unutmamalıdırlar ki, onlar məhz əcnəbilərlə işləyirlər.
Əlbəttə, biz bu iradlarımızla bərabər DMX-nin son illərdə qanunsuz miqrantlara qarşı apardığı tədbirləri də müsbət qiymətləndiririk. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz