Axtarış...

DMX sentyabrda hazırkı qaydada işləyəcək


MilliTV.az

Dövlət Miqrasiya Xidməti (DMX) ölkəmizdə olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə növbəti dəfə müraciət edib.

DMX-dən xezerxeber.az-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il sentyabrın 30-u saat 00:00-dək uzadılıb. Bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək.

Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejiminin Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etdiyi nəzərə alınaraq, Bakı Şəhər Regional Miqrasiya İdarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir. Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar onlayn kurslarda iştirak etmək məqsədilə iş günləri saat 09:00-dan 18:00-adək (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.

Daha ətraflı məlumat üçün DMX-nin (012) 919 - Çağrı Mərkəzi həftənin 7 günü 24 saat ərzində əlaqə saxlamaq olar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz