Axtarış...

Rafiq Cəlilov əmlak korrupsiyasını icra başçısı kimi sürdürür - İTTİHAM

Rafiq Cəlilov əmlak korrupsiyasını icra başçısı kimi sürdürür - İTTİHAM

"Bu günün bilgilərində əvvəllər keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini işləmiş Rafiq Cəlilovun Cəlilabad rayonuna icra başçının təyin edilməsi sorağını alanda sözügedən rayon sakinlərinin gününə ağlamaqdan özgə yol qalmır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Nədən bu əmlak məmurunun uzun illər sənəd saxtalaşdırma, məhkəmə qərarlarının icrasına qadağa qoymaqla dövlət əmlakını rüşvətlə icarəyə verməsi , köhnə “Jiquli” qiymətinə yüzlərlə kvadrat-metrlik qeyri-yaşayış otaqlarını korrupsiya ortaqlarına satması , qondarma adlarla əmlaka saxta mülkiyyət çıxarışları alıb mənimsəməsi bü günün söhbəti deyil, illərdir sürür.

Fakt? Qarabağ qazilərinə sahibkarlıqla məşğul olmağa icra hakimiyyəti orqanları tərəfindən qeyri -yaşayış otaqlarının ayrılması 31 may 2018-ci ilə kimi qüvvədə olan 25.08.1992-ci il tarixli “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30-cu maddəsi ilə doğrulanan hüquqdur. Lakin dövlət əmlakının yiyəsi olan ƏMDK qeyri-yaşayış otağının balanssaxlayıcısı sayılan rayon icra hakimiyyətinin (RİH) razılıq məktubunu tələb edir və RİH -lə də sövdələşmə qarşısında əlillərin hüququna qadağa qoyur(du). Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı əvvəllər 25 saylı Dairə Seçki Komissiyasının yerləşdiyi qeyri-yaşayış otağını sahibkarlıq amacı ilə icarəsinə götürmək istəyən Qarabağ qazisinin istəyinə Nizami RİH və ƏMDK razı olmadıqlarından 13 il qabaq Xətai məhkəməsində iddia qaldırılıb. Xətai məhkəməsi 26.05.2009-cu il tarixli 2 (011)-451/09 saylı qətnamə ilə qazinin iddiasını otaqların ayrılması hissəsində təmin edərək , maddi -mənəvi ziyanın ödənilməsi hissəsində təmin etməyib. Borclu ƏMDK və Nizami RİH (MKTB ) artıq 13-cü ildir dövlətin adından çıxarılan məhkəmə qərarını icra etməkdən imtina edirlər. ƏMDK -nın sədr müavini Rafiq Cəlilov iki ildən sonra 17.03.2011 tarixli məktubla icradan imtinanı Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) üzərinə qoyulan öhdəliyi yerinə yetirməməsi ilə izah edib : “ BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, B. NURİYEV -10 A ÜNVANINDA YERLƏŞƏN QEYRİ – YAŞAYIŞ SAHƏSİNƏ DAİR XƏTAİ RAYON MƏHKƏMƏSİ TƏRƏFİNDƏN QƏBUL EDİLMİŞ 26.05.2009-cu il tarixli QƏTNAMƏNİN İCRA EDİLMƏMƏSİ İLƏ BAĞLI. ... BİLDİRİRİK Kİ, ...QƏTNAMƏNİN BİRLİYƏ (MKTB -M. B.) AİD HİSSƏSİNİN İCRASI AİDİYYATI İCRA ŞÖBƏSİ TƏRƏFİNDƏN TƏMİN EDİLDİKDƏN SONRA SİZİNLƏ İCARƏ MÜQAVİLƏSİNİN BAĞLANMASI MƏSƏLƏSİNƏ KOMİTƏ TƏRƏFİNDƏN BAXILA BİLƏR. “ Fikir verin, Rafiq Cəlilov dövlətin adından çıxarılan məhkəmə qərarını “JEK”-dən aşağıda tutur. Əmlakın yiyəsi ƏMDK olduğu halda, “JEK”-in əmlak üzərində və ümumiyyətlə sərəncam vermək hüququ olmadığı halda, borclu ƏMDK-nın qeyri – yaşayış sahəsini “JEK”-in icazəsi olmadığından qazinin icarəsinə belə verməkdən imtinası həm ayrı-seçkilikdən, həm də korrupsiyadan soraq verir . Bir yandan da Ədliyyə Nazirliyinin (ƏN) icra şöbələri rüşvəti məhkəmə qərarından da, dövlət adından da yuxarıda tuta, ƏN-in Xətai icra şöbəsinin rəisi Vüqar Qasımov ilə borclu Nizami RİH-in başçısı Arif Qasımov doğma qardaşlar ola, əlbəttə, Rafiq Cəlilov əmlak saxtalığında on illərlə at oynadar. Qeyri – yaşayış otağını qazinin icarəsinə belə verməyə qıymayan borclu ƏMDK -nın sədr müavini sədrin adından köhnə tarixə saxta şəhadətnamə ( saxtalığı sədrin imzası yerində Rafiq Cəlilovun “həşəmətli” imzasının olması sübut edir ) surəti (?) ilə B. Nuriyev- 10a ünvanındakı 94 kv.m.-lik qeyri-yaşayış sahəsinin 8200 manata rayon sakini olmayan 14 yaşlı Aydın Hüseynova satıb. Sözügedən saxtalıq, ayrı-seçkilik, korrupsiya faktı, heç şübhəsiz elə sədr Kərəm Həsənovun razılığı ilə baş verib və hələ də sürür. 2 ildir Prezident köməkçisi səviyyəsində.

Cəlilabad rayonu Kərəm Həsənovun rayonudur, yəqin keçmiş müavini Rafiq Cəlilovun təqdimatını da o verib. Nə yaxşı , Bakının Nizami rayonuna başçı kürsüsünə oturmaq çabası alınmayıb. Məhkəmənin qaziyə verdiyi otaqların açarı Rafiq Cəlilovdan Nizami RİH başçısına verilib və hələ də bağlıdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz