Axtarış...

DSMF Dövlətin Ana Qanununu tanımır? - İTTİHAM



"Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi , unitar dövlət olması Konstitusiyanın 7 -ci maddəsi ilə təsbit olunub. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun Azərbaycan Respublikasının Konstitusiyasının olması da Ana Qanunun 147 -ci maddəsində əks olunub. Bunları diqqətə çatdırmaqda amacımız bir çox icra hakimiyyəti orqanlarının, hətta məhkəmə və qanunvericilik hakimiyyəti orqanlarının Konstitusiyaya zidd hərəkətləri və ya hərəkətsizlikləri ilə Azərbaycan Respublikasının antidemokratik , qanunun aliliyinə əməl etməyən ölkə imici formalaşdırmaq çabalarını vurğulamaqdır". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial təminat sektorunun başlıca görəvi, adından bəlli olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial təminatını həyata keçirməkdir. Başqa sözlə, dövlətlə sosial müdafiəyə ehtiyacı olan şəxs arasında körpü rolunu oynayan ƏƏSMN yanında DSMF-in işi-görəvi dövlətin ayırdığı maddi-texniki (və mənəvi) təminatı ehtiyacı olanlara çatdırmaqdır. Bəs sözügedən dövlət qurumu işinin, görəvinin öhdəsindən layiqincə gəlirmi? Son olaylar, nə yazıq, suala müsbət cavab verilməsinə imkan vermir. Təsəvvür edin , bir qrup Qarabağ müharibəsi əlili 3 ildir Səhiyyə Nazirliyinin və ƏƏSMN -in birgə komissiyasının rəyi ilə xaricdə müalicəyə göndərilməli olduğu halda, 3 ildir ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə bildirir ki, ƏƏSMN HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMADIĞINDAN MÜALİCƏMİZİN XARİCDƏ TƏŞKİLİ MÜMKÜN DEYİL. Özbaşınalığa baxın, DSMF-in sosial təminat sektoru görəvini icra etməkdən imtina edərək əlillərin müalicəsinə ayrılan dövlət vəsaitini mənimsəyir və bu mənimsəməsini ƏƏSMN -in müqaviləsinin olmaması ilə izah edir! (?)

Prezidentin “ Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial -məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən 2014 -cü ilə kimi növbədə duranlar 2018-ci ilə kimi mənzillə təmin olunmalı idilər. Lakin bu təminata cavabdeh olan ƏƏSMN yanında DSMF dövlətin və onun başçısının tapşırığına əməl etmədi və bu təminatsızlığa 2028 -ci ildə son qoymağı qərarlaşdırdı. Sosial təminatsızlıq özbaşınalığına baxın, PREZİDENTİN SƏRƏNCAMI 14 İLDƏN SONRA İCRA OLUNACAQ !(?) Halbuki, Konstitusiyanın 149-cu maddəsi Prezident Fərmanının icrasını məcburi edir. ƏƏSMN yanında DSMF-in sosial təminat sektoru nəinki Prezident sərəncamıını, heç dövlətin adından çıxarılan məhkəmə qərarını da saymır. Ana Qanunun 129-cu maddəsində isə MƏHKƏMƏ QƏRARIARININ DÖVLƏTİN ADINDAN ÇIXARILDIĞI VƏ İCRASININ HAMIYA MƏCBURİ OLDUĞU TƏSBİT OLUNUB. Borclu ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə, sektor müdiri Vüqar Behbudov 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təminatı haqqında 2016-cı İLDƏ QƏBUL EDİLƏN QƏRARIN 12 İLDƏN SONRA 2028 -ci İLDƏ NÖVBƏLİLİK ƏSASINDA İCRA OLUNACAĞINI BİLDİRMƏKDƏN NƏ USANIRLAR, NƏ DƏ UTANIRLAR. Amma utanmadan Nizami rayonunda tikilən evin rüşvətlə qanunsuz bölgüsünə meydan verirlər. Belə sosial təminat xidməti ilə yalnız rüşvətə və korrupsiyaya xidmət etmək mümkündür".

Dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz