Prezident İlham Əliyev A.Ə.Ağayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Millitv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.