Axtarış...

Gömrük Komitəsində İctimai Şura söyüşlə formslaşır

Gömrük Komitəsində İctimai Şura söyüşlə formslaşır

QHT rəhbəri Mətanət Əsgərqizi Dövlət Gömrük Komitəsinə keçirilən İctimai Şura seçkiləridə yaşanan biabırçı mənzərəni belə təsfir edib:

“SOS! SOS! SOS! Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya 23 nəfər namizəddən yalnız 1 nəfər Dadaşova Şəbnəm , səslərin çoxunu, yəni 50+ qazandı, 132 səslə birinci turun qalibi oldu. İkinci turda digər iki namizəd Nazim bəy və Ramil bəy favorit oldular. Beləliklə 13 nəfər seçildi. Seçki şəffaf keçirildi. Lakin seçkidə yeganə çatışmazlıq ortada bəzi fatmanisə QHT- lərin özlərinə umac ova bilmədikləri halda, başqasına əriştə kəsməklə məşğul olaraq, suyu bulandırması ilə həm də yadda qaldı.İndi artıq ikinci mərhələ başlayır, İctimai Şuraya sədr və müavinlərin seçilməsi: dünən 10 səsi olmayıb seçkiyə gələni , kömək edib dəstəkləmişik, indi 1-2-ci turda favorit olanlara qarşı kampaniya təşkil olunub, halal yerlərini qazanmaq üçün onlara səs verilməsin deyə söyüş qoyanlar var.

Artıq hamısı sədr və müavin olmaq istəyirlər. Bu yolda ağır söyüşlərdən belə çəkinmirlər… orada qanlı hadisə baş verməsə yaxşıdı. Biri deyir xüsusi missiya ilə gəlmişəm bura, nə vaxtsa Leyla Əliyeva ilə çəkdirdiyi fotonu göstərərək adamlara təsir etmək istəyir, digəri Prezident Administrasiyasının adını çəkir, başqa digəri guya Gömrük Komitəsindən buna deyiblər ki, səni İctimai Şurada görmək istəyirik və mütləq sədr olacağını bəyan edir, hələ elə oyunlar qurulur ki, düşünürsən Vətəndaş Cəmiyyətini, İctimai Şuraları hörmətdən, nüfuzdan salmaq üçün elə kimlərsə belələrindən istifadə edirlər.

Əgər kimlərinsə seçilməsi və seçilməməsi üçün dəstə bağlanıb , söyüş qoyulursa, dövlət orqanları, xüsusi ilə Prezident Administrasiyası, Dövlət Gömrük Komitəsi həmin şəxsləri müəyyən etməli, belə neqativ halların qarşısının alınmasını təmin etməlidi. İctimai Şuraların belələrinin əlindən qurtarılması,cənab Prezidentin imzaladığı Fərmanın tam işləməsi demək olacaq. Hələ indiyə qədər heç bir İctimai Şurada söyüşlə mübarizə aparılmayıb. Görəsən həmin şəxslər nə naminə belə mübarizə yolu seçiblər? Maraqlıdı… DTX- nın işi çoxdu, amma məncə çox ciddi prosesə ziyanlı təsir edənləri də araşdırsa yaxşıdır!

P.S. Seçki komissiyasının üzvləri Vüsalə Hüseynli və Xalid bəyə minnətdarlığımı bildirirəm. Seçkinin tam şəffaf keçirilməsində dəstəyə görə! Bir də arzum budur bu yaşa qədər hələ ciddi iş ortaya qoymayan söyüş maşını üzvləri gənclərin qarşısını kəsməsinlər”.

Mediazona.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz