Axtarış...

Günlərin birində bu gömrük şarı mütləq şəkildə partlamalıdır... - Saxta startın real qurbanı...

Günlərin birində bu gömrük şarı mütləq şəkildə partlamalıdır... - Saxta startın real qurbanı...
Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında rəhbər şəxslə yanaşı, birinci müavin postunu tutan məmur da – həmin orqanın ikinci şəxsi - eyni vəzifəni illərdir dəyişmir. Dəyişəndə də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev kimi birinci müavinlikdən birinciliyə yüksəlir.

DİA.AZ xatırladır ki, Səfər Mehdiyev uzun müddət bilərəkdən kölgədə qalmağa çalışıb. Bu da səbəbsiz deyil. DGK sədri postuna qədər birinci müavin kimi çalışan Səfər Mehdiyev yerli KİV-də həmin ərəfədə daim ölkəyə gətirilən mallara dövlət rüsumundan artıq “haqq” qoyan məmur olaraq təqdim olunub. Bu barədə danışan mənbə bildirir: "DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparıb. Keçmiş sədr Aydın Əliyev demək olar ki, ofsaytda qaldığından bu gün dövlətin yuxarı instansiyalarını şişirdilmiş yalançı planları ilə yola verməyə çalışan Səfər Mehdiyev əslində DGK sisteminin qəpik-quruşunun belə hardan gəldiyini yaxşı bildiyindən bu gün onun hansısa müddətlik gəlirləri büdcəyə səfərbər etməsi də o qədər çətin bir iş hesab olunmamalıdır.

Səfər Mehdiyev əslində bir nömrəli monopolist olduğundan, onun bu templə hara qədər yürüyə biləcəyini cmiyyətlə yanaş, elə "yuxarılar" da ilginc bir səbrlə gözləməkdədir. Yəni DGK sədri indi saxta pripiskalar hesabına şişirdilmiş rəqəmləri əks etdirən vəsaiti təqdim edir. Amma onun resursları ilk başdan təqdim etdiyi stavkanı sona qədər qoruya bilməsi üçün yetərli olmayacaq. Buna görə də günlərin birində bu gömrük şarı mütləq şəkildə partlamalıdır..."

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz