Bakı İnzibati Məhkəməsinin fəaliyyəti ilə bağlı ölkə mediasında dəfələrlə kəskin tənqidi yazıların şahidi olmuşuq. Hətta Milli Məclisin tribunasından bu qurumda baş verən qanunsuzluqlarla bağlı fikirlər səsləndirilib.
Təəssüf ki, bütün bunlar qurumun, hakimlərin, hətta Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynovun fəaliyyətində müsbət dəyişiklik yaratmayıb. Sanki hakimlər düşünür ki, onlar birbaşa Prezident tərəfindən təyin olunduqları üçün toxunulmazadırlar.
Amma unudurlar ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevi də vəzifəyə cənab Prezident təyin etmişdi, onun da hakim toxunulmazlığı var idi və məhkəmənin qərarı ilə 7 il həbs cəzası aldı.
Yəni hər bir hakimi bu aqibət gözləyə bilər.
Bundan Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli də sığortalanmayıb.
Yeri gəlmişkən, Fərid Mədətlinin tərcümeyi-halına bir nəzər salaq.
Deməli, Fərid Mədətli 2001-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
2004 – 2006-cı illərdə Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsində mütəxəssis, aparıcı məsləhətçi işləyib. Və könlündən bankda işləmək keçib, 2006 – 2007-cı illərdə “Unibank” Kommersiya Bankında çalışıb.
2007 – 2010-cu illərdə “Rövşən Oğuz Qrup” MMC-də Baş Direktorun müavini olub.
Sonra yenidən dövlət işinə qayıdıb və 2010 – 2012-ci illərdə Ali Məhkəmənin sədrinin köməkçisi olub.
Və yenidən şirkətdə çalışmaq istəyib, 2012 – 2013-cü illərdə “BM Morrison Partners” şirkətində çalışıb.
Nəhayət yenidən Ali Məhkəməyə qayıdıb və hazırda Bakı İnzibati Məhkəməsinin hakimidir.
Yəqin ki, diqqətli oxucu gördü ki, Fərid bəyin işi-gücü “şirkət”lərdə, MMC-lərdə işləmək, yəni bu adam dövlət qulluğundan çox kommersiya qurumlarına meyillidir. Bir də gördün ki, sabah səsi-sədası “Sədərək” ticarət mərkəzindən gəldi.
Yəni bir şeyi başa düşməliyik kİ, adamı zorla, pulla, tanış-tunuşla dövlət adamı etmək mümkün deyil. Bu aksiomadır. Bu adam kommersant təfəkkürlüdür.
Sonuncu məhkəmə iclasında da bunun birbaşa şahidi olduq.
Məhkəmə prosesi saat 12-20-də başlayıb və nahar fasiləsində davam edir. Hakim Fərid Mədətli başa düşmür ki, hər bir insanın istirahət hüququ var və bu pozula bilməz. Əgər başa düşsəydi, məhkəmədə iştirak edən şəxsləri məcburi qaydada saat 13-20-yədək məhkəmə zalında saxlamazdı.
Fərid Mədətlinin apardığı məhkəmə prosesi də məhkəmə iclasından daha çox “tezbazar”a oxşayırdı. Hətta buna görə hakim Fərid Mədətli arqument də tapıb: hakimlər çatışmır..
Bütün bunlar bir yana, ən dəhşətlisi odur ki, hansı işdənki “çörək iyisi” gəlmir, hakim o işləri “basməmmədi” edib tələm-tələsik yola salırdı.
Məsələn, şikayətçi Oleq Baranov Məşğulluq İdarəsi ilə bağlı məhkəmədən tələb edir ki, ona dəymiş ziyan ödənilsin, onun adına yazılıb mənimsənilmiş pullar bərpa olunsun və s. Hakim isə rus millətindən olan Oleq üçün tərcüməçi təyin etməyərək, mən özüm tərcümə edərəm deyir. Qarşı tərəf – Məşğulluğun nümayəndəsi isə rus dilini bilmədiyini deyir və tərcüməçi tələb edir. Hakim isə yenə eyni məntiqsizliklə “tərcümə yaradıcılığını “ davam etdirir. İndi tərəflər necə bilsin ki, cənab hakim-mütərcim Fərid Mədətli kimin xeyrinə “tərcümə”edir ?
Həm də, hakimin iclasda tərcüməçilik etməsi heç bir qayda-qanuna sığmır axı.
Bütün bunlar azmış kimi, hakim Oleqin üstünə qışqırır, kobud rəftar edir.
Hakim unudur ki, Oleq Azərbaycan vətəndaşıdır və Oleq kimi xeyli şəxs Azərbaycan torpaqlarının bütövlüyü uğrunda vuruşub, canını qoyub.
Söhbət təkcə Oleqin işindən getmir ee, digər işlərdə də hakim eyni “prinsipi” sərgiləyir. Yəni işdə “çörək-maraq” varsa, hakim dil-dil ötür, işi araşdırmağa vaxt tapır. Ancaq hakimin şəxsi marağı olmayanda işləri başından edir.
Məsələn elə həmin iclasda “İnşaat Konstrakşın” MMC ilə, yaxud “İlkin-E” firması ilə bağlı məsələlərdə hakim Fərid Mədətli dəridən-qabıqdan çıxır. Çünki “maraq” var.
Biz yuxarıda əbəs yerə qeyd etmədik ki, bu adamın, yəni Fərid Mədətlinin sanki “xəmiri kommersiya” ilə yoğrulub.
Düzdür, Fərid müəllim hərdən dövlət işlərində “posadka” edir, amma ürəyi qalır “cibişdanın” yanında. Həə, Fərid Mədətli bir müddət Ali Məhkəmə sədrinin köməkçisi də olub. Və əslində onun hakim karyerası məktubla həll olunub.
Sonda hörmətli ədliyyə naziri Fikrət Məmmədova deyirik ki, əgər sədrlik etdiyiniz Məhkəmə-Hüquq Şurası həqiqətən varsa, bu neqativ hallara hüquqi qiymət verilsin.
Və Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynova isə deyirk ki, aramızdakı dost münasibətlərin işə dəxli yoxdur, qanun hər yerdə şah olmalıdır, bunun şəxsi münasibətlərə aidiyyəti yoxdur. //gundelik-baku.com//