Axtarış...

Əcnəbi iş adamı "Sədərək" Ticarət Mərkəzinə qarşı 146 minlik iddia qaldırıb

Əcnəbi iş adamı "Sədərək" Ticarət Mərkəzinə qarşı 146 minlik iddia qaldırıb

Türkiyəli iş adamı Salih Uzun Hasan "Sədərək" firmasını (Ticarət Mərkəzi) məhkəməyə verib.

"Report"un xəbərinə görə, iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.

İddiada “Sədərək” Firmasına qarşı “daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən və istifadədən geri tələb olunması, maddi və mənəvi ziyanın ödənilməsi və anbar binalarının başqalarına özgəninkiləşdirilməsi barədə müqavilələrin ləğv edilməsi” tələbi qoyulub.

İddiaçı S.Hasan cavabdeh “Sədərək” Firması tərəfindən sahiblik və istifadəsindən qeyriqanuni alınmış “Sədərək” satış yarmarkasının korpus 1, 2s2c sırasındakı, 20, 22 saylı, 36 kv. metr sahəsi olan topdan satış anbarı və korpus 2, 3s3c sırasındakı, 28, 30 saylı, 36 kv.metr sahəsi olan topdan satış anbarı üzərində mülkiyyət hüquqlarının tanınması, əldən çıxmış fayda kimi cavabdehdən 1 ilə görə 96.000 manat pulun, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdehdən 50 min manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, məxsus olan anbar binalarının başqa şəxslərə özgəninkiləşdirilməsi müqavilələrinin ləğv edilməsi, “Sədərək” Firmasının üzərinə iddiaçıya qarşı qanunsuz hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulmasınadair qətnamə çıxarılmasını xahiş edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Fərid Mədətli iddia ərizəsini baxılmamış saxlayıb. Buna əsas kimi tərəflərin təyin olunan məhkəmədə prosesinə gəlmədikləri və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri göstərilib.

Qeyd edək ki, ticarət kimi fəaliyyət göstərən "Sədərək" firması Yusif Qədimbəyliyə məxsusdur. Ticarət mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlayıb, 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz