Axtarış...

Zəngəzur dəhlizi çox vacibdir... - GƏLİŞMƏ

Zəngəzur dəhlizi çox vacibdir... - GƏLİŞMƏ


"Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq mövcuddur və müəyyən sənədlər imzalanıb ki, bunlar bir çox sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etməsi istiqamətində vacib sayıla bilər".

Bunu Reyting.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə mehriban qonşuluq, dostluq şəraitində yaşayan ölkədir:

"Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri bir çox vacib məqamlarla yadda qaldı. Birincisi, iki ölkənin dövlət başçılarının bir-biri ilə səmimi münasibəti Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafı istiqamətində ən vacib məqamlardan biridir. Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin dünənki görüşü, səmimi söhbətləri bunu bir daha göstərir. Eyni zamanda Rusiya ilə Azərbaycan münasibətlərində bir çox vacib məqamlar var ki, bu, regional təhlükəsizlik və əməkdaşlıq səviyyəsi və digər bir çox mövqelərlə üst-üstə düşür”.

C. Osmanovun sözlərinə görə, pandemiya dövründə iki ölkə arasında olan münasibətlərin, xüsusən iqtisadi, siyasi, humanitar əlaqələrin hansı vəziyyətdə olması, bu əlaqələrin daha da inkişafı iki ölkə rəhbərinin siyasi iradəsindən irəli gəlir və bu, bir çox sahələrdəki inkişafda öz əksini tapacaq: “Digər tərəfdən, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli 10 Noyabr 2020-ci il tarixli bəyanatın məhz bütün müddəalarının icrasında bir daha əmin olduq ki, bu bəyanatın tezliklə tam şəkildə icrasına Rusiya da çox maraq gostərir.

Eyni zamanda bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın, əməkdaşlığın və iki ölkə arasında bir çox sahələrin inkişafı istiqamətində vacib addımların atılması, xüsusən Zəngəzur dəhlizinin açılmasında Rusiya da digər bölgə ölkələri kimi çox maraqlıdır. Çünki bu dəhliz təkcə bölgə ölkələrinin inkişafına, tərəqqisinə xidmət etməyəcək, eyni zamanda böyük coğrafi məkanın, bütövlükdə Avrasiyanın inkişafına, yük daşımaların rahat şəkildə həyata keçirilməsinə dəstək olacaq".

Deputat əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi çox vacibdir:

"Bu gün Ermənistan 10 noyabr üçtərəfli bəyanatın maddələrinin gecikdirilməsində maraqlıdır və süni əngəllər törədirlər. Xüsusən burada Zəngəzur dəhlizini qeyd etməliyik. Məhz bu dəhlizin açılmasına Ermənistan süni maneələr törətməkdə davam edir. Eyni zamanda, müəyyən dairələr 10 Noyabr üçtərəfli bəyanatının icrasını ləngitmək, süni maneələr törətmək üçün məhz Ermənistana dəstək verirlər. Həm Ermənistan, həm də onlara kömək edən həmin dairələr bilməlidirlər ki, 10 noyabr bəyanatının bütün bəndləri birmənalı olaraq tezliklə həyata keçiriləcək. Mane olan qüvvələr bəyanatın icrasının qarşısını almaq üçün heç bir nəticəyə nail ola bilməyəcəklər. Üçtərəfli bəyanat mütləq icra olunacaq. Bu, Azərbaycan və Rusiyanın birgə əməkdaşlığı, xüsusən iki dövlət liderinin şəxsi münasibətləri nəticəsində reallaşacaq".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz