Axtarış...

İlk dərs günündə gənc nazir İSTEFAYA DƏVƏT OLUNDU... - "Siz də Ramin Bayramlıdan nümunə götürün…"

İlk dərs günündə gənc nazir İSTEFAYA DƏVƏT OLUNDU... - "Siz də Ramin Bayramlıdan nümunə götürün…"

Təhsil nazirimiz Emin Əmrullayevlə bağlı yazıya bir az uzaqdan başlamaq da məqsədimiz var.
Məlumdur ki, 30 ildir müstəqil olan Azərbaycanda istefa mədəniyyəti deyilən bir ənənə formalaşmayıb. Nəinki ənənə, hətta 30 ildə hansısa məmurun könüllü olaraq istefa ərizəsi yazmağı yadımıza gəlmir, yəqin ki, belə bir hal olmayıb.
Amma sivil ölkələrin çoxunda öz işinin öhdəsindən gələ bilməyən məmur, nazir, yaxud komitə sədri öz ərizəsini yazıb tabe olduğu rəhbərliyə təqdim edir və məsələ bitir. Bu qədər sadə bir məsələ təəssüf ki, cəmiyyətimizdə hələ formalaşmayıb. Sanki məmuru kreslosuna “svarka” ediblər, qopmaq bilmir.
Hətta ən dəhşətlisi odur ki, məmur işdən çıxarılandan sonra xəstəlik tapır, səhhətində ciddi problemlər yaranır.
Bu gün xeyli sayda icra başçısı, nazir, nazir müavinləri həbsxana həyatı yaşayır.
Əgər bunlardan biri vaxtında mədəniyyət göstərib istefa ərizəsini yazsaydı, yəqin ki, yolu həbsxanadan düşməzdi.
Bütün bunları yazmaqda məqsədimiz odur ki, istefa mədəniyyəti dövlət tərbiyyəsində çox vacib məsələdir.
Mütləq ölkə başçısı səni işdən qovmalıdır..?
Mütləq DTX gəlib səni qandallamalıdır... ?
Bu məsələdə kimin nə deməsindən asılı olmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeçiliyində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının bir neçə gün öncə istefa ərizəsi yazması çox maraqlı və vacib nümunədir.
Həqiqətən də ilk dəfədir ki, cəmiyyətimiz belə nümunə ilə qarşılaşır.
Bizə elə gəlir ki, gələcəkdə bu vacib addımı digər məmurlar da təkrar etməli olacaq.
Məsələn, 3-cü ildir ki, təhsil naziri olan Emin Əmrullayev özü də yaxşı bilir ki, təhsil sahəsində heç bir islahat apara bilmədi. Nəinki islahat hətta ciddi bir hərəkət, mütərəqqi fəaliyyət həyata keçirə bilmədi.
Söhbət ondan getmir ki, Emin Əmrullayev hansısa kardinal addım atsın, yaxud fundamental dəyişiklik etsin. Əsla. Amma cənab nazir 3 il ərzində hansısa yaddaqalan fəaliyyət göstərə bilərdi.
Birinci bunun səbəbi odur ki, Emin Əmrullayev təhsil sferasının adamı deyil. Emin Əmrullayev bəlkə də yaxşı bir biznesmen, fermer-zad ola bilərdi.
Başa düşmək lazımdır ki, təhsil çox spesifik sahədir, bu sahənin rəhbəri mütləq pedoqoq olmalıdır.
Bəzi ağlıdayazlar deyir ki, guya təhsil sahəsinə menecerlər rəhbərlik etməlidir. Tamamilə cəfəngiyyatdır.
Son bir neçə təhsil naziri nümunəsi göstərdi ki, NARXOZ-u bitirənlər lap yapon dilini də bilsə, təhsil sahəsində ciddi fəaliyyət göstərə bilməz.
Digər vacib məsələ odur ki, nazir öz sahəsində AVTORİTET, söz, nüfuz sahibi olmalıdır.
Emin Əmrullayev hansı rektora nəsə öyrədə bilər ?
Emin Əmrullayev bu yaxınlarda öz müsahibəsində deyir ki, abituriyentin 700 bal toplaması keyfiyyət göstəricisi ola bilməz.
Cənab nazir ! Bəs 700 bal toplamaq nəyin göstəricisidir ?
Bəs onda nə təklif edirsiniz ?
Əlbəttə, gəlişi gözəl sözdür də, demisən.
Cənab nazir hələ bu yaxınlarda məktəb problemləri ilə bağlı jurnalistin sualına cavab verib ki, səmimi deyim ki, sualınızı başa düşmədim.
Cənab nazir, 3 il ən yüksək vəzifədə olduğunuz müddətdə bircə dəfə də olsun məktəblilərin problemləri ilə bağlı, yaxud təhsil haqqının Azərbaycan cəmiyyəti üçün İSTİSMAR olduğu barədə bircə dəfə də ağzınızı açıb söz demədiniz.
Ona görə də nə qədər ki, gec deyil, hələlik yolunuz o tərəflərə düşməyib, səmimi şəkildə ərizənizi yazıb istefaya gedin.
Atalar necə deyib: Ziyanın yarısından qayıtmaq da…
Həm də bu sizin ölkə təhsili qarşısında ən böyük xidmətiniz olar. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz