Azərbaycanda istefa mədəniyyətinin formalaşmadığını çoxumuz bilirik. Yəni həç bir məmur prezident onu vəzifədən kənarlaşdırmayınca öz postundan getmir. Bu birmənalı qaydadır sanki.
Dünya təcrübəsi ilə müqayisə etdikdə isə Azərbaycan reallığında istefa ənənəsi formalaşmayıb.
Dünya ölkələrində yüksək çinli məmurların kiçik bir narazılığa görə istefa verməsi normal hal kimi qarşılanırsa, bizdə vəziyyət tam fərqlidir - məktəb direktorundan tutmuş nazirə kimi heç bir vəzifəli şəxs öz postunu öz xoşuna tərk etmək haqda düşünmür. Əksinə onlar vəzifə kreslosunu başqasına verməmək üçün canfəşanlıq etdirlər.
Son olaraq TƏBİB sədri Ramin Bayramlının öz ərizəsi ilə işdən çıxması, Azərbaycanda məmurlara xas olmayan nadir davranışlardan biri ilə bizi tanış etdi. Və eyni zamanda yeni bir sualın yaranmasının da əsasını qoydu:
Azərbaycanda bu günə qədər hansı məmurlar öz ərizəsi ilə işdən çıxıb?
AZXEBER.COM keçmişdən bu günə kimi tutduğu vəzifədən istefa verən məmurların siyahısını hazırlayıb.
Həmin siyahını təqdim edirik:
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Azərbaycanın müstəqillik dönəmində istefa verən ilk yüksək vəzifəli şəxs olub.
O, 1993-cü ildə ölkə başçısı Heydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və həmin il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilmişdi. O 1994-cü ilin yanvarında bəyan verərək, istefa verib. Bununla da Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yarandı. Onu da qeyd edək ki, 2005-ci ildə millət vəkili seçilən Lalə Şövkət o zaman da deputatlıq mandatından imtina edən ilk xanım siyasətçi kimi də tarixə düşüb.
Milli Məclisin hazırki deputatı Sabir Rüstəmxanlı vaxtilə nazir postundan istefa verib. 1991-ci ildə Ayaz Mütəllibovun hakimiyyəti dövründə mətbuat və informasiya naziri vəzifəsinə təyin olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri S.Rüstəmxanlı 4 ildən sonra 1995-ci ildə tutduğu vəzifədən istefa vermişdi.
1996-cı ilsentyabrın 11-də Azərbaycanı şoka salan daha bir istefa baş verdi. O zaman Milli Məclisin sədri Rəsul Quliyev istefa verdi. O, elə həmin ildən ABŞ-a mühacirət etdi və hələ də orada yaşayır.
1992-ci ildən Xarici İşlər Nazirliyində şöbə müdiri, idarə rəisi, nazir müavini və daha sonra Xarici İşlər naziri olan Tofiq Zülfüqarov də istefa verənlər sırasındadır. O, 1999-cu ildə öz ərizəsi ilə vəzifəsindən gedib.
"Azərros"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov keçmişdə Nazirlər Kabinetində yüksək postlardan birində yer almışdı. O, 1992-ci ildən 2006-cı ilədək Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olan Abbas Abbasov öz ərizəsi əsasında işdən çıxarılmışdı.
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə də öz ərizəsi ilə vəzifəsindən istefa verənlər sırasındadır. Qeyd edək ki, o, 1993-cü ildən 2019-cu ilədək ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edib.
30 sentyabr 2019-cu ildə Şirvandan deputat seçilənRafael Cəbrayılov deputat mandatından imtina edib. O, deputat mandatını borc qarşılığında saxlaması ilə bağlı xəbərlər yayılandan sonra öz postundan istefa vermişdi. Bundan sonra keçmiş deputata cinayət işi qaldırılmış və o həbs edilmişdi.
Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi yazıb vəzifəsindən ayrılandan arasındadır.
AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsi ilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilmişdi.
Prezident İlham Əliyevin çağırışdan sonra istefa verənlərdən biri də Baş Nazirin müavini Əli Həsənov olmuşdu.
Digər öz vəzifəsindən gedən məmurlardan biri dəHacıbala Abutalıbovudur. O da işdən çıxarılması üçün öz ərizəsi ilə müraciət etmiş və sonuncu iş yeri olan Baş Nazirin müavini vəzifəsindən azad olunmuşdu.