Redaksiyamıza "Aydınoğlu" mebel şirkəti ilə bağlı şikayət daxil olub.
Belə ki, şikayətçi R.H. Sonxeber.az-a bildirir ki, aprel ayında nağd qiymətə "Aydınoğlu" mebel mağazasından qonaq və yataq otağı dəsti alıb. Lakin aradan 5-6 ay keçməsinə baxmayaraq, hələ də mebelləri tam şəkildə gəlib çıxmayıb:
"Aprel ayında sifariş etdiyimiz mebeli hissə-hissə gətirirlər. Neçə ay keçib, amma hələ də çatışmayan əşyaları qalıb. Hər gün "sabah gətirəcəyik" deyə-deyə günləri yola verirlər. Nə gələn var, nə gedən. Mebelləri də çox aşağı keyfiyyətdədir, işi o qədər yola veriblər ki, artıq başqa sexdə yenidən bərpa etdirməliyəm. Mebel hələ tam deyil, amma indidən sökülüb-tökülür. Qiyməti də ucuz deyildi, kifayət qədər bahalı mebeldir. Bu şirkəti hər kəs tanısın, oradan mebel alaraq özlərinə problem yaratmasınlar".
Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.