Axtarış...

Daha bir sabiq deputatın "sığal" çəkdiyi bəlli oldu... - bu dəfə katibənin yanına deyil, iş yerinə...

Daha bir sabiq deputatın "sığal" çəkdiyi bəlli oldu... - bu dəfə katibənin yanına deyil, iş yerinə...
Həftənin əvvəlindən Azərbaycan mediasının baş xəbəri Hüseynbala Mirələmovun "sürət həddini aşaraq" "radar"a düşüb özünü yandırmasıdır. Desək ki cəmiyyət hələ də hadisənin, daha doğrusu, görüntünün şokundan ayılmayıb, çox ifrata varmış olarıq. Çünki məmləkətdə "məmə" deyəndən "pəpə" yeyənədək hər kəs bilir ki, bu sahədə real durum necədir və milli-mənəvi dəyərlərimiz hansı aşınmaya məruz qalıb. Odur ki, qınanılası, linç ediləsi təkcə ağsaqqalar deyil, yaşlı və orta nəslin nümayəndələri də sığaıl çəkmə məsələsində püxtələşiblər.

Xülasə, Moderator.az oxucularını Hüseynbala müsibətindən bir az uzaqlaşdırmaq üçün başqa bir diqqətçəkən xəbər təqdim edirik.

Mövzunun qəhrəmanı bu dəfə də sabiq deputatdır. Amma bu sabiq qəhrəman katibəsinə deyil, iş yerinə yaxşıca sığal çəkib. Məsələ burasındadır ki, sabiq deputat Elton Məmmədov günlərin bir günü Azərbaycan Texniki Universitetinə prorektor təyin olunanda özünə çox böyük bir kabinet sifariş verdirib, ardından həmin kabineti sultan saryalarına xas şəkildə təmir etdirib, nəinki bahalı mebel dəsti gətirdib, tavana bir deyil, qoşa çilçıraqlar asdırıb, yerə xalçalar döşətdirib.

Amma Ramiz Ənvəroviç onu AMEA-ya işə dəvət edəndə həmin kabinetdəki nəinki kondisioneri və mebelləri, hətta xalçaları və çilçıraqları da sökdürüb özü ilə aparıb. Onun bu hərəkəti universitet rəhbərliyini şoka salsa da susmağa üstünlük verilib.

Bu azmış kimi iddialara görə, Elton Məmmədov gedərkən katibəsini də özü ilə AMEA-ya aparmağı unutmayıb. Yəni universitetdə ona yaxından-uzaqdan dəxli olan heç bir şeyin, heç kimin qalmasına könlü razı olmayıb...
Text-to-Speech

DİNLƏ






Şərh yaz