Axtarış...

Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…



Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…
TURANTV.AZ:- Qardaşlar şirniyyat mağazasını necə ələ keçirdi ?
Qasımovların “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarında qanunsuzluqlar, vergidən yayınma baş alıb gedir

Qısaca məlumat üçün qeyd edək ki, Elxan və Tahir Qasımov qardaşları bütün sənədləri saxtalaşdıraraq, hətta notariusun “xidmətindən” istifadə edərək, mağazanın müdirinin və kollektivinin adından saxta sənədlər tərtib edərək obyekti özəlləşdiriblər.
Bu məsələ ciddi araşdırma mövzusu olduğu üçün növbəti yazılarda mövzuya qayıdacağıq.

Başqalarına məxsus mağazanı ələ keçirən qardaşların sonrakı illərdə biznesi çiçəklənməyə başlayıb. Və qısa zamanda qardaşlar Bakıda “restoranlar kralına” çevrilib.
Bu gün qardaşlar Bakıda “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının sahibidirlər.
Və pandemiyaya, karantin qaydalarına baxmayaraq Qasımov qardaşları öz restoranlarını istədikləri kimi işlədirlər.
Sanki bu qardaşlar üçün Azərbaycan qanunları kağız parçasından başqa bir şey deyil.

Qardaşlara məxsus restoranlarda verilən qidaların mənşəyi və keyfiyyətinə heç bir nəzarət yoxdur. Görəsən, Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin rəhbəri Qoşqar Təhməzli niyə Qasımov qardaşlarına “gözün üstə qaşın var” deyə bilmir ?
Yaxşı Qoşqar Təhməzlini başa düşdük, bəs Vergilər Dövlət Xidməti niyə qardaşlarının restoranlarının vergidən yayınmasına göz yumur ?
Niyə qardaşların restoranlarında xidmət müqabilində çek verilmir, tələb edənlərə isə elə üz göstərilir ki…
Qardaşlara məxsus restoranlarda administratorluq edən Şahlar və digərlərinin özbaşınalığının qarşısını niyə alan yoxdur ?
Ümumiyyətlə, qardaşlara məxsus restoranların “həqiqi sahibi” kimdir ?
Bizi izləyin.

Gündəlik-Bakı


Text-to-Speech

DİNLƏ






Şərh yaz