Vəzifəli şəxsə məxsus bahalı restoranda rəzalət:Yeməkdən qurd çıxdı+Video
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Lənkəran sakini restoranlardan birində nahar edərkən xoşagəlməz halla rastlaşıb. Yediyi yeməkdən qurd çıxması onu xəstəxanaya müraciət etməyə vadar edib.
Zamantv.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, rayonun Havzava kənd sakini Elsevər Həsənov qardaşı və iş yoldaşı ilə birlikdə nahar etmək üçün restoranlardan birinə üz tutublar. Lakin sifariş verdikləri toyuğun içindən diri qurdların çıxdığını görüblər. Hətta toyuğun içindən çıxan qurdlardan birini telefonla da çəkiblər.
Müştəri bu barədə restoran əməkdaşlarına məlumat versə də hər hansı tutarlı cavab ala bilməyib. Səhhətlərində hər hansı bir narahatlıq olmasa da gördükləri mənzərədən iyrəndikləri üçün mədələrinin yuyulması üçün xəstəxanaya müraciət ediblər.
Məsələ ilə bağlı sözügedən restoranda olsaq da hər hansı bir açıqlama verən olmadı.
xalq.azı-ın araşdırmalarına görə, Lənkəran şəhərində ən bahalı sayılan Xan Lənkəran oteli və restoranı vəzifəli şəxsə məxsus olduğu iddia olunur. Şəhərin girişində yerləşən Xan Lənkəran otel həmçinin turistlər üçün uygun yer kimi dəyərləndirilir. Otel və restoranda milli ornamentlər və suvenirlərlə dizayn olunub bu da müştəriləri cəlb edilməsində böyük rol oynayır lakin müştəriləri yararsız qidaların verilməsi və gigeyinik qaydalara riayət olunmaması ölkə başçısı İlham Əliyevin sahibkarları yoxlalamaq və çalışmaları üçün şərait yaradılmasında sui istifadə kimi qiyətləndirilir. Qida Təhlükəsizlik Agentiyi isə bu hadisəyə rəy bildirməməsi bir daha subut edir ki, Xan Lənkəran oteli və restoranı vəzifəli şəxsə məxsusdur.