Axtarış...

İbrahim Q” MTK EV YIXIR... - ETİRAZ

İbrahim Q” MTK EV YIXIR... - ETİRAZ

Yasamal rayonu, Əli bəy Hüseynzadə 53 ünvanında qəzalı vəziyyətdə bina var. Obyektin sahibi Eldar Rzayev iddia edir ki, binanın bu vəziyyətə düşməsinə səbəb yaxınlıqdaki “İbrahim Q” MTK tərəfindən aparılan söküntü işləri olub.

Eldar Rzayev bildirib ki, onun obyekti heç bir xəbərdarlıq edilmədən sökülüb:

“Onlar binanı sökməyə başlayanda binada icarədarlar var idi. Onlar isə bir sənədlərini bir də canlarını götürüb qaça bildilər. Ekspertin qərarı var ki, bura üçüncü şəxs tərəfindən müdaxilə olunub”.

Qonşular deyir ki, MTK tərəfindən ərazidə söküntü işləri aparılan zaman təkcə obyektə yox, həm də ona bitişik evlərə zərər dəyib.

Məsələ ilə bağlı Baku TV-əməkdaşları “İbrahim Q” MTK ilə əlaqə saxlayıb.

Şirkətin hüquqşünası Qəmbər Həsənov bildirib ki, sözügedən şirkət sakinlərin evlərinə və digər obyektlərə zərər verməyib.

Daha ətraflı Baku TV-nin süjetində:
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz