Ötən ay V və VI çağırış Milli Məclisin Xaçmazdan olan üzvü Eldəniz Səlimovun polisi döyməsi, nəticədə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi və deputat toxunulmazlığının ləğv olunması bir çox deputatlar arasında ciddi təşviş və təlaş yaratmışdı.
Belə deputatlardan biri də Binəqədidən deputat seçilən Kəmaləddin Qafarov idi.
Bu təşviş və təlaş barədə bir az sonra.
Bəli, deputat Eldəniz Səlimovun həbsindən sonra cəmiyyətdə, o cümlədən sosial şəbəkədə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə təkliflər səsləndirildi. Və bu təklifi ən çox aqressiv qarşılayanlardan biri, bəlkə də birincisi Kəmaləddin Qafarov idi.
Dayaz savada malik olan bu adam aqressiv şəkildə bildirirdi ki, bu təklif parlamentə qarşı böhtandır, iftiradır, parlament buraxılmamalıdır və s.
Əlbəttə, parlamentin buraxılması təklifini verənləri Kəmaləddin Qafarov kimi topa-gülləyə tutmaq lazım deyildi. Biz demirik ki, bu dəqiqə parlament buraxılsın. Bəlkə buna heç ehtiyac da yoxdur.
Amma görəsən niyə, Kəmaləddin Qafarov kimilər bu təklifi süngü ilə qarşıladılar.
Çünki Kəmaləddin Qafarov kimilər bilir ki, növbəti dəfə onların parlamentə düşməsi, inəyin kosmosa uçması kimi bir məsələdir. Yəni artıq dövlətimizdə başqa proseslər gedir. Daha Eldənizlərdən, Kəmaləddinlərdən deputat olmayacaq.
İkinci vacib məsələ odur ki, sabiq deputat Eldəniz Səlimovun məsələsi parıamentdə müzakirə olunarkən spiker Sahibə Qafarova bir söz dedi: “ Ortada səs yazısı var. 10 dəqiqəlik səs”.
Bu sözlər Kəmaləddin Qafarov kimilərinin el sözü ilə desək kürkünə birə saldı.
Kim qarantiya verə bilər ki, Kəmaləddin Qafarovun səs yazısı yoxdur.
Bəli, hörmətli Sahibə Qafarovanın dediyi səs yazıları çoxdur və hamısı zamanını gözləyir.
İndi aydın oldumu Kəmaləddin Qafarov kimi deputat biznesmenlər niyə təlaş və təşviş keçirir.
Digər vacib məsələyə toxdunaq. Koronavirus pandemiyası ilə bağlı bir neçə xəstəxananın baş həkiminin həbsi Kəmaləddin Qafarovun həbsini zəruri edib.
Çünki dövlətin həmin xəstəxanalara ayırdığı milyonları Kəmaləddin Qafarovun şirkətləri tenderdə udub.
Bəli, dövlətin karonavirus xəstələrinə təmənnasız ayırdığı milyonlar Kəmaləddin kimi biznesmen deputatların cibinə gedir.
Bütün ölkə bilir ki, Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzində ( MOM ) direktor müavinidir. Və ölümlə çarpışan onkoloji xəstələrin hesabına bu adam milyonlar qazanır. Hətta Kəmaləddin Qafarovu səhiyyəmizin “qara yarası”, “onkoloji şişi” adlandıranlar da az deyil.
İndi məlum olur ki, bu adam hətta karonavirusdan da milyonlar qazanır. Bu adamın “AzəriMed” MMC Şirkəti dövlətin səhiyyə sahəsinə ayırdığı milyonları “udur”.
Bu deputat biznesmenin təkcə şirkətlərinin siyahısı adamı dəhşətə gətirir:
“AzəriMed” MMC,
“AzəriMed MNK” MMC
“Kanon” MMC,
“Mega Pharmacy” MMC,
“Azeri Med MNK” MMC,
“Versal” MMC,
“Versal Palace” MMC
“Naturalist” firması,
“AvestaFarm” MMC,
Cardinal Health şirkəti
“Ruslan AZ” MMC
Zəfəran Hospital
Zəfəran Apteklər şəbəkəsi
Siyəzən BroylerBu adam öz MOM-unda onkoloji xəstələrin diri-diri dərisini soyur.
Kəmaləddin Qafarov onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alır . Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...Bu adam onkoloji xəstələrdən qazandığı milyonların hesabına binalar tikir. Bəli, dərmandan, xəstələrdən qazandığı milyonları yönəldir bina tikintisinə. Bu adama məxsus “VERSAL PALACE” MTK Ağ Şəhərdə binalar tikir
Sözün qısası, Kəmaləddin Qafarov kimi “qara yara”nı kəsib atmağın, deputat mandatından məhrum edib, həbsə atmağın zamanı çoxdan çatıb. //gundelik-baku.com//