Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
Bu barədə Millitv.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib.
Bildirilib ki, insident iyulun 29-da gecə 00:00-dan sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:
“O, karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.
Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş halda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyməsi barədə məlumat yayılıb.