Bakı Dövlət Universitetində rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevlə komendant Şahlar Bəgalıyevin suvaqçı-rəngsaz İsmixan Mirzəyev tərəfindən bıçaqlanmasının detalları bilinib.
TİA.Az-ın məlumatına görə, buna səbəb müşavir M.Mirzəyevin universitetin rəngsazı İsmixanı öz kabinetinə çağıraraq işdən çıxarıldığını söyləməsi olub. Bundan əsəbləşən rəngsaz müşavirin stolunun üstündəki meyvə bıçağını götürərək onu vurub. Səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan onu da bıçaqlayıb.
Bu, rektor Elçin Babayevin fəaliyyətinə yazılan ən ciddi mənfi xaldır. Abel Məhərrəmov uzun illər rektor işləsə də, BDU-da belə hal olmamışdı.
Məlumatda deyilir ki, bir çox kafedralarda elm xadimlərinin müxtəlif vasitələrlə işdən uzaqlaşdırılması ciddi etirazlar doğurur. Ümumiyyətlə rektorun kadr siyasəti çoxsaylı insidentlərlə yadda qalmaqdadır. Görünür, növbəti belə insident artıq qanlı sonluqla nəticələnib.
BDU-nun 100 illik yubileyində rektor təyin olunan Elçin Babayevin idarəçiliyi qocaman elm ocağını acınacaqlı duruma salıb. “Rektorun yaxın çevrəsinə daxil olan qohumları, dostları, sevdikləri BDU-da yüksək vəzifələrə gətiriliblər.