Axtarış...

BDU-da kimin sözü keçərlidir? - İTTİHAM





Söhbət hamımıza doğma olan Bakı Dövlət Universitetindən düşəndə həmişə məni bir sual düşündürür. Öncə onu qeyd edim ki, əgər BDU-nun 1 ildir təyin olunmuş rektoru cənab Elçin Babayev bu sualın cavabını bilsə, mən Elçin müəllimin ad günündə ona bir yaxşı hədiyyə alacam.
Sual belədir:
Keçmiş SSRİ- Sovet Sosialist Respublikaları İttifaqında bütün universitetlər şəhərlərin adı ilə bağlıdır. Məsələn, Moskva Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Yerevan Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Leninqrad Dövlət Universiteti və s. O boyda SSRİ-də ancaq Bakı şəhərində yerləşən təhsil ocağı Bakı deyil Azəarbaycan Dövlət Universiteti ( ADU ) adlanırdı. Niyə ? Nə üçün ?
BDU-nun rektoru Elçin müəllim bu suala cavab verə bilərmi ?
Bilərsə, buyursun. Amma inanmıram. Niyəsini deyim.
Elçin Babayev BDU tarixində ilk rektordur ki, hələ də elmlər namizədidir, indiki dillə desək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dossentdir. Bu günədək BDU-nun rektorları çox vaxt akademiyanın müxbir üzvü, ən azı professor olublar. Görəsən BDU-nun dossent rektoru professor-akademik müəllim heyətinə nədən danışa bilər?
Nə isə keçək əsas mətləbə.
Bəzən deyirlər ki, filankəs yüksək elm adamı olmasa da yaxşı təşkilatçıdır.
Elçin Babayevin elm adamı olmadığı bəllidir. Görək Allah qoymasa necə təşkilatçıdır…
Görək gənc rektor 1 ildə nə işlər görüb ?
Hansı islahatlar həyata keçirib ?
Rektor təyin olunandan sonra çox ucuz, bayağı yollara əl atmaq, ad günündə "tələbə qızın alnından öpmək..şokolad bağışlamaq", öz ad gününü üfunət iyi verən yataqxanada tələbələrlə qeyd etmək, Novruz bayramında tələbə oğlanla yumurta döyüşdürmək islahatçı olmaq deyil, cənab rektor.
Gördüyün əsas işlərdən biri BDU-nun həyətində 2 dönərxana açdırmaq oldu. Bu barədə bütün ölkə mediası yazdı.

Daha sonra BDU-nu öz obyektin kimi arendaya verdin və ölkə mediasında yenə gündəmə gəldiniz.Hətta dedilər ki tələbələrin yeməkxanasını “Gate 25”-ə 30 min manata icarəyə vermisiz

Sonra 2-ci həyat yoldaşının bacısını özünə köməkçi və üstəlik Ümumi şöbəyə müdir təyin etdin.

Sonra 1-ci həyat yoldaşının qardaşını müşavir təyin etdin. Sonra yeznəni, sonra...keçmiş polis işçisi qohumunu informasiya üzrə müşavir. Adama deyərlər polis hara informasiya üzrə müşavir hara?
Bir sözlə, az vaxtda BDU-nu qohum-əqrəbanla doldurdun. Rektorun neçə müşaviri olar, ey Cənab Rektor?
Hamısı da öz tayfan-törəmən.
Bəs universiteti idarə edən xanıma, adaşın Elçinə nə ad verək ?
Elçin Məmmədovun qısa müddətdə bu qədər varlanmasına nə deyək?
Adaşın Elçinin dostu Ləman xanımın sürücüsü BDU-da nələr törədir ?
Maraxlısı odur ki,Universitet dəhlizlərində söylənilir ki,hansısa oğlu BDU-da təhsil alan yüksək vəzifəli məmur BDU-nu əsaslı təmir etdirir.Bəs BDU-nun mailiyyə şöbəsindən ayrılan pullar kimin cibinə gedir?

Heç maraqlanmısız ki,Məmur övladı olan tələbələrə zəng vuraraq görüşüb haqq-hesab edən məsul işçiniz kimdir?

Bütün bunlar azmış kimi BDU-nun Hüquq, Beynəlxalq münasibətlər, Şərqşünaslıq fakültəsini hərraca döndərmisən. Qiymətlər kəllə-çarxa qalxıb. Maliyyə şöbəsi müdirinin maxinasiyaları və digər neqativ hallar barəsində araşdırmamız davam edir.Mövzuya qayıdacağıq. //qafqazxeber.org//
Text-to-Speech

DİNLƏ






Şərh yaz