Axtarış...

Mərkəzi Bankın qeyri-rəsmi VALYUTA SİYASƏTİ: "Məmurların milyardlarını sorğulamırlar, ancaq..."

Mərkəzi Bankın qeyri-rəsmi VALYUTA SİYASƏTİ: "Məmurların milyardlarını sorğulamırlar, ancaq..."

“Onlara sahibkar olmaya-olmaya kameral şəkildə vergi borcları yazılır”.

Bu fikirləri Mərkəzi Bank tərəfindən həyata keçirilən qeyri-rəsmi valyuta siyasəti haqqında fikirlərini bölüşən iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nazim Bəydəmirli bankların vətəndaşın xəbəri olmadan onun adına VÖEN açdığını, nəticədə vergi borcunun yarandığını qeyd edib:

“Son aylarda valyuta dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı Mərkəzi Bankın apardığı qeyri-rəsmi siyasət nəticəsində vətəndaşlara vergi borcları yazılır. Valyutanın ölkədən çıxarılması ilə bağlı sahibkar olmayan şəxslərə belə banklar valyuta dəyişən zaman məbləğ təxminən 20 min manatı keçdikdə onlara avtomatik VÖEN açma təcrübəsi var ki, bununla da onlara sahibkar olmaya-olmaya kameral şəkildə vergi borcları yazılır.

Qeyri-leqal biznesin aradan qaldırılması üçün insanlardan pulun mənbəyini soruşurlar. Ola bilər, insanlar bundan məlumatsızdırlar. Bizim kimi ölkədə vətəndaşdan 20 min manatın sorğulanması normal deyil. Çünki məmur sahibkarlığına aid milyardlarla dövriyyəsi olan qara bazar var, bu milyardları sorğulamırlar, ancaq vətəndaşın 20 min manatını sorğulayırlar ki, bunu haradan almısan. Mən də çox məlumat almışam ki, insanlara qeyri-qanuni şəkildə, onların xəbərləri olmadan VÖEN açılır və vergi borcları yazılır”.

İqtisadçı bu hallarla qarşılaşan vətəndaşların apellyasiya şikayəti verə biləcəyini vurğulayıb:

“Bu hallarla qarşılaşan vətəndaşlara tövsiyyə edərdim ki, vergilər xidmətinin yanında Apellyasiya Şurasına müraciət etsinlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz