Axtarış...

SAHIBKAR VERGILƏR NAZIRLIYI ILƏ GÖMRÜK KOMITƏSININ QURDUĞU «TƏLƏ»YƏ DÜŞÜB.VIDEO

SAHIBKAR VERGILƏR NAZIRLIYI ILƏ GÖMRÜK KOMITƏSININ QURDUĞU «TƏLƏ»YƏ DÜŞÜB.VIDEO

VİCDANLI VERGİ ÖDƏYİCİLƏRİ İNCİDİLİR — ONLARDAN DÖVRİYYƏDƏN 6 FAİZ VERGİ ŞƏRTİNƏ BOYUN ƏYMƏK TƏLƏB OLUNUR

Azərbaycanda XVII-XVIII əsrlərdə xan-bəy dövründə vergiyığanlarhəm də dövlətə, həm də öz ciblərinə işləyirmişlər. O vaxt əlaavə yığılan qeyri-rəsmi vergiyə ŞILTAQAT deyirmişlər. Dəryaz qəzetinin redaksiyasına müraciət edən ali təhsilli iqtisadçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qocamanov Ayaz İlyas oğlunun şikayətləndiyi vergi siyasəti isə şıltaqatdan da bedtər bir fenomendir. İş adamı bildirir ki, rəhbərliyində təmsil olunduğu məhdud məsuliyyətli müəssisələr — «AZQLOBAL -2016″ MMC, «HELMES — AA» MMC. «M — X» MMC, «FİOLET — FA» MMC, «GROSS — ST» MMC idxal biznesi üzrə fəaliyyət göstərirlər. Qanuni fəaliyyət göstərib rüsumnları ödəsələr də, bir neçə gün əvvəl malları gömrükçülər tərəfindən «Meyvəli» terminalında saxlanılıb. Səbəbini soruşduqda bildirilib ki, göstəriş Vergilər Nazirliyinin İdxal-İxrac İdarəsinin rəis müavini Rəşid Həsənovdan gəlib. Məsləhət görülüb ki, araşdırmaq üçün məhz Vergilər Nazirliyinə müraciət etsin. Nazirliyə baş vurduqda isə sahibkara deyiblər ki, «sənin kameral borcun var, ona görə də malların saxlanılıb». Olamayan borcdan ötrü işi ləngidilən sahibkar xatırladır ki, rəhbərlik etdiyi şirkətlərdən biri — «HELMES — AA» MMC az öncə eyni ədalətsizliklə üzləşdiyi üçün kameral vergini düzgün hesablamayan Vergilər Nazirliyinin Bakı Lokal Vergi İdarəsini Bakı İnzibati-İqtisad Məhkəməsinə vermiş və haqlı olduğu üçün çəkişməni udmuşdur: «Əlimizdə bu barədə məhkəmə qətnaməsi də var. Hazırda malları saxlanılan «AAZQLOBAL — 2016″ MMC-nin də fəaliyyəti məhkəmə müstəvisində araşdırılır və əminik ki, sonucda qalib gələcəyik. Mallarımız heç bir əsas olmadan, özbaşınalıqla, reketçilik yolu ilə saxlanılıb…» İş adamı belə bir haqsızlıqla üzləşmələrinin əsas səbəbinin nə ola biləcəyi barədə sualımızı da cavablandırdı: «Şifahi olaraq tələb edirlər ki, dövriyyədən 6 faiz vergi ödəmə şərtlərinə boyun əyin. Halbuki, mövcud qanunlara, o cümlədən vergi qanunvericiliyinə görə, ticarətlə məşğul olan heç bir sahibkarın qarşısına belə tələb qoyula bilməz. Biz iş adamları öz fəaliyyətimizlə ölkədə məhsul bolluğunun, ucuzluğun yaranmasına xidmət edirik, ödədiyimiz vergilərlə dövlətimizin büdcəsinin zənginləşməsinə xidmət edirik. Əvəzində isə bu cür özbaşınalıqlarla qarşılaşırıq». İş adamı təxmin etdiyi başqa səbəbdən də danışdı: «Bəzilərinin qeyri-qanuni, yarım-leqal fəaliyyət göstərən, anbarı, kassası olmayan, amma çoxmilyonluq dövriyyəyə malik şirkətləri heç bir süni maneə ilə üzləşmir, malları saxlanılmır. Düşünürəm ki, haqsız rəqabət, kimlərinsə öz rəqiblərini bazardan çıxarmaq sifarişi də belə qeyri-rəsmi göstərişlərin verilməsinə səbəb ola bilər». Qocamanov deyir ki, üzləşdikləri haqsızlıqla bağlı avqustun 6-da dövlət başçısına, vergilər nazirinə teleqramlar vuraraq gileyini bildirib: «Əslində kameral vergi tətbiq olunanda vergi borcu haqqında vergi ödəyicilərinin telefonunun mesaj qutusuna bildiriş gəlir və həmçinin xatırladılır ki, narazılığı varsa, məhkəməyə müraciət edə bilər. Lakin indiki halda heç bir mesaj-filan olmadan, qoluzorluluq, çapovulçuluq edərək mallarımızı əlimizdən alıblar. Sahibkar deyir ki, tək o deyil, idxal ticarəti ilə məşğul olan başqa iş adamları da incidilir: «Bakı Lokal Vergi İdarəsinə həmişə Habil adlı auditoru göndərirlər. Sahibkarların boynuna kefi istədiyi qədər, əndazəni aşan vergi borcu yükləyir. Əsaslandırmaq üçün heç cəhd də eləmir. Sadəcə yazır və məhz belə olmalıymış kimi işini bitmiş hesab edir. Mən və mənim kimi bir çox vicdanlı vergi ödəyiciləri əsassız tələblər, yuxarı ticarət əlavələri səbəbindən təngə gəlmişik. Əziyyətimiz özümüzə qalır. Haqqımızı-hüququmuzu bərpa etmək üçün vaxt və enerji itiririk. Bizi öz Vətənimizdə, öz dövlətimizdə işləməyə, qanuni əsaslarla fəaliyyət göstərməyə qoymurlar. Əlacımız bir ona qalıb ki, baş götürüb göstərişlərin qanun deyil, qanunların şah olduğu başqa ölkələrə üz tutasan. Şəxsən mən belə vəziyyət davam edərsə, ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm». Azərbaycanda vergi siyasəti sahibkarlıq fəaliyyətini təşviq edir. Nümunəvi vergi ödəyicilərinin fəaliyyəti stimullaşdırılır. Bunu şəxsən Vergilər naziri cənab Mikayıl Cabbarov da çıxışlarında deyir. Ümid edirik ki, Ayaz Qocamanovun və onun kimi digər vicdanlı vergi ödəyicilərinin incidilməsinə son qoyulacaq.

Qeyd edək ki, vergi ödəyicisi olan şikayətçi Ayaz Ayaz Qocamanovla birgə vergilər nazirliyində olduq və nazirlik rəsmilərindən yuxarıda qeyd olunan faktlara aydınlıq gətirilməsinə çalışsaq da bizimlə heç kim görüşmək istəmədi. Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin elektron adresinə ünvanladığımız məktub da cavabsız qaldı.

Adları keçən hər iki qurumun mövqeyini də dərc etməyə hazırıq.Azerinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz