Dəfələrlə yazmışıq ki, KİVDF-nin sabiq icraçı direktoru, hazırda həbsdə olan Vüqar Səfərli təkbaşına milyonları mənimsəyə bilməzdi. Bu böyük bir cinayətkar şəbəkədir.
Axı, KİVDF təkcə Vüqar Səfərlidən ibarət olmayıb.
Bəs, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı Aygün Süleymanova, Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı Gülgün Zahidli, Vüqar Səfərlinin bacısı oğlu Ramin Kərimli, Vüqar Səfərlinin qohumu, kəndçisi Elşad Tağıyev və milyonçu Mehrac Babayev və başqaları.
Təsəvvür edirsiniz, milyonçu, xaricdə mülkləri, villaları olan Mehrac Babayev də KİVDF-nin üzvü olub.
Adama deyərlər ki, milyonçu Mehrac Babayev hara, KİVDF hara ?
Yazılanlara görə, Jurnalistlərin binasını Mehrac Babayev tikib.
Kimdir axı, bu Mehrac Babayev ?
Ümumiyyətlə, Mehrac Babayev kimdir?
Hazırda Rusiyada yaşayan və tikinti maqnatı kimi tanınan “Verso-M” tikinti şirkətinin rəhbəri Merac Babayev haqda olduqca maraqlı məlumatlar var:
Mehrac Babayev Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən olub.
Sonra AXC-nin gizli pullarını götürüb Moskvaya açıb.
Mehrac Babayev ilə Vüqar Səfərlini ilk dəfə Prezidentin köməkçisi Əli Həsənov tanış edib.
Və beləcə böyük biznes maxinasiyaları başlayıb.
Onu da qeyd edək ki, Mehrac Babayevin Bakıda mülkləri və villaları var.
Qız Qalasının arxasında altımərtəbəli villası və ofisi yerləşir.
Novxanıda olan villası isə Azərbaycanda nadir tikintilərdən sayılır.
Ancaq onu da xüsisi olaraq qeyd edək ki, Vüqar Səfərli ilə Mehrac Babayev arasında razılaşmaya görə, Çindən və başqa ölkələrdən çox ucuz qiymətə tikinti materialları gətirilərək 4-5 dəfə baha qiymətə sənədləşdirilib. Və aradakı milyonlar Vüqar, Mehrac və Əli arasında bölüşdürülüb.
Hətta onu da qeyd edək ki, Jurnalistlərin binasınının tikintisində tezalışan materiallardan da istifadə edilib.
Hansı ki, Binəqədidə baş verən və insan tələfatına səbəb olan yanğından sonra bu inşaat materialları qadağan olunmuşdu.
Sonda bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirik.
O boyda Jurnalistlərin binasının tikintisində Mehrac Babayevdən başqa digər tikinti maqnatları da iştirak edib.
Niyə onların adı gizlədilir ?
Bu artıq bizim deyil, istintaq orqanlarının işidir. //gundelik-baku.com//