Axtarış...

ŞOK: Hüseynbala Mirələmovun öz qoçu dəstəsi, hətta həbsxanası da var... - İLGİNC İTTİHAM

ŞOK: Hüseynbala Mirələmovun öz qoçu dəstəsi, hətta həbsxanası da var... - İLGİNC İTTİHAM

Öz-özünə şübhələnirsən ki, doğrudanmı, biz bütün qanuni bazası olan hüquqi dövlətdə yaşayırıq?!

Dünən 18 nömrəli avtobusda maska taxmadığına görə 2 nəfər cərimələndi. Polis 200 AZN cərimə ödəyəcək qadının göz yaşlarına acımadı. Əlbəttə, qanun göz yaşlarının, yalvarışların, qohumbazlığın, dostbazlığın fövqündə olmalıdır. Cərimə ödənilməsinin əfv olunub-olunmayacağı isə tamam başqa bir mövzudur.

Məlumata görə, sabiq deputat, bir çox vəzifələrin, milyonların, restoranların yiyəsi Hüseynbala Mirələmov möhtəşəm 1001 gecə restoranında qoçu dəstəsi saxlayır. 1001 gecə restoranına qonaq qismində dəvət olunan jurnalist xəbər verir ki, dövlət vergilərindən yayınan Mirələmovun mafiyası da var. Hətta jurnalistləri Hüseynbala müəllimin qərarına müvafiq olaraq "həbs" də edə bilərmişlər. Mafiya başçısının isə Amir Məmmədov adlı bir şəxs olduğu bildirilir. Adam dəhşətə gəlir. Öz-özünə şübhələnirsən ki, doğrudanmı, biz bütün qanuni bazası olan hüquqi dövlətdə yaşayırıq?! Vergidən yayınıb dövlət əmlakını mənimsəmək nədir?! Şəxsi qoçu dəstələri saxlamaq nədir?! Nəzərə alsaq ki, bu gün Azərbaycanda Hüseynbala Mirələmov məqamında və mövqeyində öz amplualarında olan, vəzifədən çıxandan sonra da qılınclarının dalı-qabağı kəsən neçə-neçə professor-məmur, yazıçı-məmur, deputat, akademik-məmur, nazir, rəis var, onda ölkəmizin nə qədər mənəvi-əxlaqi, sosial-siyasi və iqtisadi fəlakətlərlə üz-üzə qaldığının hesabını gedə bilərik.

Özümə və digər vətəndaşlara gəlincə, maska taxmağı unutmamağı tövsiyə edirəm, çünki mən də fikirli olanda bəzən qapalı məkana girən anda maska taxmaqda gecikirəm və cərimələnmək ehtimalım artır. Məsələn, əvvəlcədən dayanacaqda ikən maskanı geyinmək və hərəkət etmək. Nə isə.

Əlbəttə, qanunların hamıya tətbiq olunduğu ədalətli cəmiyyətdə sadə vətəndaşların cərimələnməsi heç bir qıcıq və narazılıq doğura bilməz. Hər kəs qanun qarşısında bərabər olandan sonra qanun zəhər də olsa, onu nuşi-canlıqla içmək olar!

Milyonlarla manat vergidən yayınan, dövlət əmlakını dağıdıb özünə restoranlar, şirkətlər fırladan, dövlət maraqlarını gic və bic təxəyyüllərinə qurban verən neçə-neçə mirələmovların və onların züyçülərinin xalqın qanı hesabına təmtəraqlı, xaosla dolu üfunətli və sərsəm bir mühit formalaşdırıb milli atmosferi zəhərləmələri, dövləti zəiflətmələri qəti qəbuledilməzdir! Elələrinin vəzifədən çıxsalar da, cəzasız qalmaları dövləti faciəsiəyə gətirib çıxara bilər!

Məgər, qanun milyon və milyardlara sahib olanlara aid deyil? Qanun dövlətin büdcəsini viran qoyub vergidən boyun qaçıran natarazlara təsir etmir? Sonundan Allah qorusun!

İdris Abbasov,
filologiya elmləri doktoru,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri //hurriyyet.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz