Axtarış...

Deputat Panamadakı şirkətindən DANIŞDI - "Gedib, işləri ilə məşğul olsunlar"



Araşdırmaçı jurnalist Cavanşir Həsənli millət vəkili Hüseynbala Mirələmovun Panamada şirkəti olduğunu qeyd edib. Məlumata görə, şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəs Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hüseynbala Mirələmov bildirib ki, onun şirkət sahibi olmasında qəbahət heç nə yoxdur:

"Nə şirkət açmaq günah, nə də şirkət sahibi olmaq cinayətdir. Bunu yazan şəxslər gedib, işləri ilə məşğul olsunlar."[sup][/sup]
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz