Tələbələrdən İPHONE telefonu tələb olunur...
Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova görəsən, bir qrup tələbənin, Prezidentə, Birinci Vitse-Prezidentə, Baş nazirə və digər vəzifə sahiblərinə müraciətindən xəbəri varmı ?
Əgər, xəbəri yoxdursa, pis. Yox, əgər xəbəri varsa və tədbir görmürsə, lap pis.
Məlumat üçün bildirək ki, Universitetin bir qrup tələbəsi ali məktəbdə baş verən qanunsuzluqlardan, özbaşınalıqdan, rüşvət hallarında şikayət etmişdi.
Məlumdur ki, pandemiya ilə bağlı hazırda tədris online üsulla aparılır. Əlbəttə, başqa variant mümkün deyil. Bu da təhsili istər-istəməz bərbad duruma salır.
Gülçöhrə Məmmədova isə tələbələri sıxma-boğmaya salır, məqsəd nə isə almaqdır.
Təsəvvür edirsiniz kasıb tələbə Android tipli telefonla dərsə qoşulur. Amma rektor tələb edir ki, bütün tələbələr İPHONE telefonu almalıdırlar və dərsə mütləq bu telefonla qoşulmalıdırlar.
Axı, kasıb tələbə bu telefonu necə alsın, xanım Gülçöhrə Məmmədova ?
Həm də niyə məhz İPHONE telefonu ?
Bəlkə mobil telefon alveri ilə məşğulsunuz, cənab rektor ?
Tələbələr onu da qeyd edir ki, artıq yaş müddətini keçmiş müəllimlər tələbələrə qənim kəsilir, düzgün dərs tədris etmirlər.
Rektor Gülçöhrə Məmmədova isə gənclərə yol açmaq əvəzinə qocalara himayədarlıq edir.
Hətta elmə, tədrisə heç bir dəxli olmayan şəxsləri universitetdə kafedra müdiri təyin edir.
Cənab rektor, Metro Tağı Əhmədov ömründə 1-cə saat dərs keçməyib. Siz onu ali məktəbin auditoriyasına necə buraxırsınız ?
Nə almısınız, tələbələrdən nə istəyirsiniz ?
Gülçöhrə xanım, cənab Zabelinə də universitetdə bir vəzifə versəniz, hər şey əla olar.
Siz o boyda ali məktəbi bazara çevirmisiniz.
Bir məsələyə də münasibətinizi bilmək istəyərdik.
90-cı illərdən söhbət gedir ki, Bakının Baş Planı hazırlanır.
100 illik dəyişdi, əsr bitdi, minillik başa çatdı, amma bu günlərdə Bakının meri Eldar Əzizov deyir ki, Baş Plan üzərində iş gedir. Hələ iş gedir. Axı, siz deputat olmusunuz, indi rektorsunuz və Baş Plan bir başa sizin sahənizdir. Niyə hazırlamırsınız, niyə münasibət bildirmirsiniz ?
Başınız nəyə qarışıb, Gülçöhrə xanım ?gundelik baki.com/