Axtarış...

İctimai Wi-Fi ilə “iPhone”dan şəxsi məlumatlar oğurlana bilər

İctimai Wi-Fi  ilə “iPhone”dan şəxsi məlumatlar oğurlana bilər


“Symantec” şirkətinin araşdırmaçıları “iPhone”da zəiflik aşkar ediblər.

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, Wi-Fi (iTunes Wi-Fi sync) ilə sinxronlaşdırma texnologiyası vasitəsilə “Apple” cihazına asanlıqla qoşulma mümkündür.

Mütəxəssislərin məlumatına görə, cinayətkarlar şəbəkəyə qoşulmaq üçün yaradılmış açarları ələ keçirə bilərlər. Müdafiəni yarıb keçmiş hakerlər o zaman şəxsi məlumatlara çıxış əldə edə və asanlıqla smartfonu kənardan idarə edə biləcəklər.

Bu zəiflik “Trustjacking” adlandırılıb. Bu zaman “iPhone”a qoşulma yalnız və yalnız istifadəçinin naməlum qoşulmaya razılıq verməsi ilə mümkün ola biləcək. “Symantec”də isə bildirirlər ki, istifadəçi ictimai şəbəkəyə qoşulmaq üçün səhvən də razılıq verə bilər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz