Axtarış...

UNEC-də ilginc onlayn dərs islahatı... - İDDİA



…Artıq bəlli olduğu kimi, koronavirus rejimi ilə bağlı ölkəmizdə sərt karantin rejimi tətbiq edilmişdir. Bir sıra istisnalar olmaqla, demək olar bütün orta və ali təhsil müəssisələri, iri ticarət mərkəzləri, iaşə obyektləri və s. bağlanıb. Bu sırada ölkənin Ali təhsil ocaqları da vardır. Onların bəziləri tələbələrlə onlayn tədris proqramının tətbiqinə başlayıb. Lakin bütün bu proses qanuni əsas və texniki imkanlar nəzərə alınmaqla həyata keçirilməlidir. Maraqlıdır ki, bununla bağlı hələ də Azərbaycan Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin müvafiq rəsmi qərar və ya sərəncamı yoxdur.

Bəs Azərbaycan Dövlət İqtisad Universitetində aparılan onlayn tədris niyə nrazılıqla qarşılanıb?

Bir müddətdir ki, «Təzadlar»a Azərbaycan Dövlət İqtisad Uniersitetinin tələbə və müəllimlərinin zənginin və elektron poçtumuza, qəzetin facebook səhifəsinə göndərilən narazılıq dolu mesajlarının ardı-arası kəsilmir. İş o yerə çatdı ki, artıq əməkdaşlarımız bu gün redaksiyaya gələrək bəzi dövlət qurumlarına sorğu göndərərək bu narazılığın kökünə hüquqi aydınlıq gətirməyə çalışırlar. Bir qrup tələbənin redaksiyaya göndərdiyi etiraz dolu məktubunda yazılır: «Hörmətli «Təzadlar»! Bu yaxınlarda rektor Ədalət Muradovun göstərişi ilə müəllimlərimizə belə bir məlumat göndərildi ki, bəs «…məlum karantin rejimi ilə bağlı martın 12-dən başlayaraq universitetdə tədrisin tam olaraq «UNEC Exstern Mərkəzi»ndən distant formada təşkili nəzərdə tutulub». Qruplar və cədvəllərin də hazır olması barədə məlumat verildi. İki gün sonra isə məlum oldu ki, Ədalət Muradovun distan təhsil islahatı iflasa uğrayıb. Çünki əvvəldən bunun texniki bazası yaradılmamışdır, sadəcə, rektor özünü reklam etdirmək istəyirdi. Və elə bir-iki gündən sonra yenidən dekanlara belə bir məlumat göndərildi ki, «Hörmətli dekanlar, «UNEC Exstern Mərkəzi»ndən distant təhsil dayandırılır. Rektorun göstərişinə əsasən, biz yeni formata keçirik. Belə ki, tələbələr tədris materialları ilə tam təmin olunacaqlar və onlar üçün könüllülük əsasında evdən məsləhət saatları təşkil olunacaqdır».
Hörmətli «Təzadlar»! Biz belə başa düşürük ki, rektor Ədalət Muradov biz tələbələrin və müəllimlərimizin üzərində islahat sınağı aparır. Niyə? Çünki bu günlərdə isə rektorluq daha bir rəsmi məlumat yaydı ki, «Hörmətli kafedra əməkdaşları, ayın 6-dan onlayn dərslərə başlanılır».
İndi müəllimlərimizlə biz tələbələr qalmışıq Ədalət Muradovun çiy, hazırlıqsız islahatlarının arasında çaş-baş. Təsəvvür edin, müəllimlərimiz Bakıda oturublar kompüterin arxasında, onlayn qoşulma ilə biz tələbələrə (elə qrup var ki, 75 tələbəsi var), dərs deməlidir. Məsələn, bizim tələbələrin əksəriyyəti rayon qeydiyyatındadır deyə, koronavirusla bağlı rayona getmişik. Bir çoxumuzun heç «Ayfon» telefonu yoxdur, həm də evində interneti. İndi biz necə dərs öyrənməliyik? Əgər rektor özündən yeni islahat icad edibsə, gərək idi ki, 20 min tələbələrin hər birinin belə bir telefonunun olub-olmamasını yoxlatdıraydı, kimdə yoxdursa, onları «Ayfon» telefonlarla təmin etdirməli idi. Yaxud da noutbuklarla.
Hörmətli «Təzadlar»! Xahiş edirik, biz tələbələrin vəziyyətini nəzərə alıb Təhsil Nazirliyinə və Prezident Administrasiyasına məlumat çatdırın. Düşünürük ki, bu da biz tələbələrə bir tələdir. Belə ki, imtahan vaxtı deyəcəklər ki, biz sizə onlayn dərs keçmişik, gəlin indi cavab verin. Zoom proramını tətbiq etdilər, təlim də keçdilər, amma işləmədi...».
«Təzadlar»
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz