Yenicə həbsdən çıxan "Elit SRC Group" MMC-nin rəhbəri onun həbsinin sifarişlə və göstərişlə həyata keçirilməsi barədə mediyaya açıqlama verərək həbsin sifarişçilərinində adlarını açıqlayıb.
Tanınmış Təhsil şirkəti "Elit SRC Group" MMC-nin 2018 ci ildən Sifarişli olaraq qanunsuz Həbsdə olan və 27 May 2018 tarixində Azadlığa çıxan Rəhbəri Kərimzadə Rüstəm Fuad oğlu onun həbsdə olduğu müddətdə mediada yayılan əsassız bütün iddialara cavab olaraq açıqlama verdi.
O bildirdi ki , Rəhbəri olduğu qurum 2013 cü ildən fəaliyyət göstərir və 5000 dən artıq müraciətçiyə bu illər ərzində vicdan və şərəflə xidmət etmişdir və bugünə qədər heç kimi aldatmamış və ya kimisə yarı yolda buraxmamışdır bununla yanaşı 100 lərlə tələbədən umumiyyətlə ödəniş almamış,həmçinin,şirkətin imkanları daxilində təqaüdlərdə təşkil etmişdir.
Hətda O bildirdi ki ,qanunsuz həbsi ilə bağlı artıq Bakı Ağır Cinayətlər məhkəməsinin qanunsuz və əsassız hökmündən 13 Aprel 2021 ci il tarixində Apeyasiya şikayəti vermişdir.İlkin Apelyasiya Məhkəməsi 25 İyun Tarixində Bakı Apelyasiya Məhkəməsinin inzibatı binasına təyin olunmuşdur.İstənilən bütün şəxsləri o Açıq Məhkəmə iclasına dəvət edir və başına gələnləri hamının öz gözləri ilə görməsinə şərait yaradır.
2018 -ci ildən Bugünə Qədər olmuş Ədalətsiz Mühakimə Davam edir .31 Mart 2021 - ci il tarixində Bakı Ağır Cinayətlər məhkəməsinin barəmdə verdiyi qanunsuz və əsassız hökmdən mən və vəkilim Elçin Sadıqov Apelyasiya şikayəti vermişik.Apelyasiya şikayətimdə şəxsimə şər-böhtan atan insanların (Şirkətin işçiləri,məmur əlbirləri və sifariş verənlər) A.R.C.M - nə uyğun cəzalanmasını,işi bugünə qədər qanunsuz olaraq gətirən müstəntiqlər Nəsimi.R.P.İ nin müstəntiqi Ceyhun Rəhimov və K.Q.M.B.İ nin müstəntiqi Nicat Orucovun barələrində qanunsuz əməllərinə görə A.R.C.P.M-nə uyğun cinayət işi açılmasını və qanunamüvafiq cəzalanmasını və mənə vurulan maddi və mənəvi zərərin (1.750.000) ödənilməsi yönündə qərarın qəbul edilməsini A.R konsitutiyasına və onun tələblərinə uyğun şəkildə məhkəmədən istəmişəm.Hakim olaraq Cinayət işinə Azərbaycan da Elektron Məhkəmə sisteminin banisi,ölkəmizi Hüquq sahəsində Avropa,MDB və digər qurum və təşkilatlarda təmsil edən Ramin Qaraqurbanlini təyin ediblər.Əslində Başımıza gələn hər bir şey Allahdandır,Deyilənə görə Ramin müəllim rüşvət almır və rüşvətə qarşı da mübarizə aparır.İbtidai istintaq və birinci instansiya Məhkəmə proseslərində yığılmış materiallardan da sübut olunub ki , şər atanlar rüşvət verib ,adı keçən müstəntiqlər isə rüşvət alan tərəfdirlər.Şər atanlar isə rüşvət verdiklərinə görə məsuliyyətdən yayınıblar,şər atan şəxslərin adları isə Bəxtiyar Nəcəfov,Yusif Novruzlu,Hikmət Məmmədov ,Həmçinin, bu işin sifarişin verən , Rəqib şirkətin qəyyumu Kaspi liseylərinin sahibi, dırnaq arası ölkədəki təhsil monopolisti, Prezidentin Keçmiş Köməkçisi Əli Həsənov və onun Ailəsi olan Sona Vəliyevanın da məsuliyyətə cəlb olunması məsələsini qaldırmışam.Nəzərinizə onu da çatdırım ki ,iddia olunan və mənə qarşı ittihamın əsasını təşkil edən 33 nəfər zərərçəkənin heç biri hələ də 1 manat da olsun pul almayıbdır,çünkü mənim onları aldatdığıma dair 1 dənə də sübut 3 ilə yaxındır hələ də ortaya qoyula bilməmişdir.Yəni, məni həbs etdiklərindəki vəziyyət necə idisə indi də eyni şəkildədir,olan isə mənim 2 il müddətinə sifariş əsasında qanunsuz həbs müddətim olub.Amma ki ,zərərçəkənləri aldadanlardan istintaq orqanı küllü miqdarda pul alıb prokurorluğun depozit hesabına qoymasına baxmayaraq onları məsuliyyətə cəlb etməmişdir.Qalıb sadəcə olaraq aydınlanmış bütün məsələlərə Hüquqi qiymət vermək.Yəni şər atanları,rüşvət alıb verənləri və buna göz yumanları ,sifariş verənləri və qanuna müvafiq yox,sifarişə uyğun hərəkətlər edənləri məsuliyyətə cəlb etmək.Bu hüquqi qiyməti də yalnız qorxaq olmayan,yalnız qanuna güvənən Hakim verə bilər.Apelyasiya Məhkəməsinin barəmdəki açılış iclası 25 İyun Tarixinə təyin olunub.İştirak etmək və yazılan ,danışılan bütün məsələləri öz gözü ilə görmək istəyən istənilən şəxs gəlib açıq məhkəmə iclaslarında iştirak edə bilər.Allah daim haqqı və haqqlıları qorusun və ucaltsın.
Millitv.az