Axtarış...

Könüllü savaşa getmiş “internat uşağı” niyə medalsız qaldı? - O vətənə yiyələndi, vətən ona YOX...

Könüllü savaşa getmiş “internat uşağı” niyə medalsız qaldı? - O vətənə yiyələndi, vətən ona YOX...

Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun bu gün sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.
JAMAZ.İNFO xəbər verir ki, Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməmə səbəbini belə şərh edib: “Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!”
Bu barədə danışan Elçin Əhmədov deyib ki, medal almamasının səbəbini bilmir:
“Çox düşünüb analiz etdim. Bircə ağlıma divarı yazmağım gəldi. Döyüşlərə könüllü getmişdim. Cəbrayıl, Hadrut, Xocavənd, Xocalının kəndləri və Şuşa istiqamətində gedən bütün döyüşlərdə sona kimi iştirak etmişəm. Artıq mənim böyük bir ailəm var. Medal almaqdan daha gözəl xalqımın, millətimin sevgisini qazanmaq oldu. Bu mənə bəsdir. Ən əsası torpaqlarımızın işğaldan azad olunması idi. Bu, mənim üçün daha böyük fəxr və qürur hissidir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz