Axtarış...

Həbsdəki keçmiş başçıya MƏLHƏM OLA BİLƏCƏKLƏRMİ? - GƏLİŞMƏ

Həbsdəki keçmiş başçıya MƏLHƏM OLA BİLƏCƏKLƏRMİ? - GƏLİŞMƏ

Kürdəmir rayon icra hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Ceyhun Cəfərovun məhkəməsi başlayır.
Qısa məlumat üçün bildirək ki, Ceyhun Cəfərov bir neçə rayonun kommunal təsərrüfat birliyində çalışıb, sonra Yasamal icra başçısının 1-ci müavini olub, daha sonra 2011-2014-cü illərdə Tərtərin icra başçısı olub.
Sonuncu vəzifəsi 2014-2020-ci illərdə Kürdəmirin icra başçısı olub.
Ceyhun Cəfərov icra başçısı olduğu dönəmdə hər ay rayonun mərkəzi xəstəxanasından 4000 manat, Su melorasiya idarələrindən 10000 manat, DSMF idarəsindən 10000 manat, “Komxoz” idarəsindən 3000 manat, Bələdiyyədən 5000 manat və s. xərac alıb.
Nəhayət Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib və Ceyhun Cəfərov həbs edilib.
Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib.
Bu Ceyhun Cəfərovun qısa ömür yoludur.
Onu da qeyd edək ki, Ceyhun Cəfərov Rabitə və Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun qaynıdır.
Yezə-qayının biznes şəbəkəsi Avropanı fəth edib.
Bu qohumların əsas biznesi Avropada, daha dəqiq Çexiya Respublikasında yerləşib. Bu qohumların Çexiyada otelləri, bir neçə böyük pub,bar və restoranları var. Bu biznesə onlar on milyonlarla dollar yatırıblar.
Bundan başqa, Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovıy Varıda torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər.
Sabiq Aparat rəhbərinin paytaxtda 30-a yaxın lüks mənzilləri , həmçinin Nabranda torpaq sahəsi olub.
Yeznə-qayının Kürdəmirdə 2000 hektar ərazidə Aqro firmaları da olub.
Nə üçün keçmiş zamanda “olub” yazırıq.
Çünki Vidadi Zeynalov da qaynı kimi həbsxana həyatı yaşayıb və bir çox mülklərinə həbs qoyulub.
Onu da qeyd edək ki, Vidadi Zeynalov həbs edildikdən sonra istintaq dövründə ona məxsus olduğu bildirilən ümumi dəyəri 43 milyon manatdan çox olan 67 daşınmaz əmlaka məhkəmə qərarı ilə həbs qoyulub. Həmin əmlaklar sırasında villalar, torpaq sahələri, evlər yer alır. Əmlaklar Vidadi Zeynalovun, övladlarının, bacısının və digər yaxın qohumlarının adınadır.
Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirik.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat pul mənimsəyib.
Təsəvvür edirsiniz 73 milyon manat.
Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.
Təsəvvür edirsiniz 13 il iş almış məmura başqa hakim 4 il iş kəsir.
Bu heç orta əsrlər dövründə də ola bilməzdi. Bəs hakim hansı əsasla Zeynalova 13 il cəza vermişdi ?
Digər hakim hansı əsasla 13 ili 4 ilə endirdi ?
Hələ bu harasıdır ?
Vidadi Zeynalov heç 4 ilidə həbsxanada olmadı və vaxtından tez azadlığa çıxdı.
Vidadi Zeynalovun azadlığa çıxmasında onun keçmiş şefi, sabiq rabitə naziri Əli Abbasovun da rolu olub.
İndi isə gələk mətləb üstünə.
13 ili 4 ilə endirən, Azərbaycan qanunlarını ayaq altına atanlar, Ceyhun Cəfərovu da azadlığa çıxartmaq istəyirlər.
Bu məsələdə Ceyhun Cəfərovun yeznəsi Vidadi Zeynalov və Əli Abbasov qollarını çırmalayıb işə girişiblər.
Yaxın zamanda Vidadi Zeynalovla Əli Abbasovun Ceyhun Cəfərovu xilas edib-edə bilməyəcəyi bəlli olacaq. //gundelik-baki.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz