Axtarış...

Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat keçirilir - YENİLƏNİB + RƏSMİ


MilliTV.az

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

XeberOxu.Az-ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.

Bundan başqa, qeyd edilir ki, icra hakimiyyəti ilə yanaşı, bir neçə dövlət qurumunda da əməliyyat keçirilir.



Şərh yaz