Axtarış...

Əkəndə yox, biçəndə yox... yeyəndə DEPUTAT QARDAŞ... - Replika

Əkəndə yox, biçəndə yox... yeyəndə DEPUTAT QARDAŞ... - Replika

Bir neçə gün əvvəl 81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüşündə baş verənlər əsl rüsvayçılıq idi. Bunu kimsə inkar edə bilməz. Çünki bütün ölkə mediasında baş verənləri əks etdirən video yayıldı. Videoda açıq-aşkar görünür ki, kənd camaatı deputatı haqlı olaraq tənqid edir, hətta təhqirə keçirlər.
Təsəvvür edirsiniz, bir kənd 17 şəhid verib. Camaat haqlı olaraq deputata deyir ki, bircə dəfə gəlib dərdimizə şərik oldunmu ?
Doğrudan da, deputat heç olmasa şəhid ailələri ilə maraqlanmayıbsa, indi nə üzlə onlarla görüşə gedir ?
Sözün düzü, bu hadisədən sonra deputat Şahin İsmayılovun kimliyi ilə, tərcümeyi-halı ilə maraqlandıq.
Bəlli oldu ki, Suraxanının Əmircan qəsəbəsində doğulan və ömründə bircə dəfə Beyləqanda olmayan 28 yaşlı Şahin İsmayılov 2015-ci ildə Beyləqandan deputat seçilib. Dünyada heç belə absurd teatr da ola bilməz. Axı, 28 yaşlı gənc Beyləqanda kimin səsini qazana bilərdi ?
Bu adam Beyləqanın harada yerləşdiyini bilmirsə, necə həmən bölgənin deputatı ola bilər ?
Həm də unutmayaq ki, Beyləqan 30 ildir döyüş bölgəsi olan rayondur. Təkcə bir kəndi 17 şəhid verib, görün neçə-neçə qazisi var.
Bəs görəsən, Beyləqanın 28 yaşlı gənc deputatı əsgərlikdə olubmu ?
Onun tərcümeyi-halını ələk-vələk elədik bu barədə məlumat olmadı. Deməli, deputat hərbi xidmətdən yayınıb. Niyə ?
Bəlkə xəstə olub, bəlkə naxoşdur, bəlkə qarnı ağrıyır, bəlkə enurezdir, bəlkə “neqodnu”dur ?
Əgər belədirsə, “neqodnu” adam necə deputat olur ?
Yaxşı bu adam 2015-ci ildə, yəni 28 yaşında deputat oldu, bir işə yaramadı. Sonra ikinci dəfə yenidən deputat olur.
Bu adam yazır ki, fransızca, ingiliscə yaxşı bilirəm.
Adam başa düşmür ki, sən xalqın dilini bilsəydin səni kənddən rüsvayçılıqla qovalamazdılar. İndi sən hansı üzlə gedib Milli Məclisdə oturacaqsan ?
Bir də medianın telefonlarına niyə cavab vermirsən, cənab deputat ?
Aydındır, deməyə söz qalmayıb.
Fətullah söhbəti isə qalsın növbəti yazıya, cənab Şahin İsmayılov. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz