Axtarış...

Arvadını öldürən hakimlə bağlı qərar açıqlandı

Arvadını öldürən hakimlə bağlı qərar açıqlandı


Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Baş prokurorun təqdimatına baxılıb.

Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib.

Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır.

Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz