Axtarış...

Rövşən Əkbərovun üçmərtəbəli villasının üzərindən Azərbaycan və Türkiyə bayraqları çıxarıldı - İLGİNC FAKT

Rövşən Əkbərovun üçmərtəbəli villasının üzərindən Azərbaycan və Türkiyə bayraqları çıxarıldı - İLGİNC FAKTMilli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunduqdan sonra onun villasının üzərindəki Azərbaycan və Türkiyə bayraqları çıxarılıb.

Cebhe.info-ya verilən məlumata görə, generalın villası Bakının ən bahalı məhəllələrindən biri olan Həzi Aslanov qəsəbəsində yerləşir. Vətən müharibəsi dövründə üçmərtəbəli villanın üzərində iki ölkənin bayraqları asılmışdı. Ancaq general həbs olunduqdan sonra, iki gün əvvəl evin üzərində hər iki bayraq çıxarılıb. Bayrağı çıxaran şəxslərin R.Əkbərovun ailə üzvləri olmadığı bildirilir. Onlar ərazidə çəkiliş aparılmasına icazə verməyiblər.

Xatırladaq ki, R,Əkbərov qətldə ittiham olunur.

Baş Prokurorluğun Mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan ediib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz