“Kontakt Home”dan alınan min manatlıq məhsulun qəbzindən “ƏDV geri al” üçün istifadə etmək mümkün olmayıb.
Millitv.az Mubahise.az istinadən xəbər verir ki, müştəri Elnarə Həsənli noyabrın 27-də mağazaların birindən 1000 manatlıq məhsul alıb: “Mənə təqdim edilən qəbzi edvgerial.az saytından keçirmək istəyəndə artıq bununla bağlı müraciət edildiyini qeyd olundu. Dövlət Vergi Xidmətinə müraciət etmişəm, 15 manat bir şey deyil. Amma etdiyiniz də əclaflıqdan başqa bir şey deyil, özünüz axmaqsız, elə bilirsiz hamı axmaqdı”.
“Kontakt Home” isə sosial şəbəkədə məsələyə münasibət bildirərək müştəriyə yeni qəbz veriləcəyini açıqlayıb.