Axtarış...

"Kontakt Home”-nin *6060 fırıldağı - GİLEY



Onsuz da əsəbləri tarma çəkilmiş millətin heysiyyatı ilə oynamaqdan görünür belə də həzz alanlar var. Adam nə qədər pula həris, qan içən olsun ki, ox demədən bu faşist əməllərini davam etdirsin.

Virusun canımıza vəlvələ saldığı zamanda, hər kəsin canının hayında olduğu bir vaxtda bunu etməyi heç kəsə məsləhət bilməzdim. O cümlədən “Kontakt Home”a.
Bildiyimiz kimi son vaxtlar mövcud vəziyyətlə əlaqədar hər kəs işini internet üzərindən qurmaq məcburiyyətindədir. Elə bu baxımdan iş funksiyamızı bir az da genişləndirmək məqsədilə “Kontakt Home” şirkətinin *6060 nömrəsi ilə onlayn olaraq nağd alış məqsədilə madem sifariş etdim. Yəqin istifadəmdə olan (070)500-75-75 nömrəsi orada qeydiyyata alınıb. Xəttin o tayında ən uzağı iki gün müddətində sifarişimin yerinə yetiriliməsinə söz verildi. Lakin təəssüflər olsun ki, 5 gün keçməsinə baxmayaraq hələ də sifarişdən xəbər-ətər yoxdur. Ən maraqlısı odur ki, hazırda ümumiyyətlə *6060 nömrəsi ilə əlaqə saxlamaq mümkün deyil. Nə isə, başınızı ağrıtmıram.
“Kontakt Home”-in əsl sahibi olan DEPUTAT QAĞAMIZA tövsiyəmiz şirkətində baş alıb gedən rüsvayçılığı aradan qaldırsın. Saxtakarlıq dedim ya, bu qədər yox. Eyniylə seçkidə olduğu kimi!

Nicat
Rubrika.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz