Bismillahirrahmanirrahim
Cənab sədr, əziz bacı və qardaşlar! Salam, Allahın rəhməti və bərəkəti üzərinizə olsun!Sionist qüvvələrin işğal altındakı Fələstindəki bacı və qardaşlarımıza qarşı ən dəhşətli cinayətləri törətdiyini gördükdə, sözlərimi bu görüşü vaxtında təşkil etdiyiniz üçün sizə təşəkkür etməklə başlamaq istəyirəm. Günahsız kişilər, qadınlar və uşaqlar ən ölümcül və ən inkişaf etmiş silahlarla qətlə yetirilirlər. Evlər sakinləri içəridə ola-ola dağıdılır. Qəzza infrastrukturundan qalan hər şey o cümlədən elektrik və su ehtiyatları praktik olaraq məhv edilmişdir. Biz indi insan hüquqları, humanitar hüquq və beynəlxalq hüququn kobud və mütəşəkkil pozuntuları ilə qarşı qarşıyayıq. Bu gün Fələstinli uşaqların qətliamı iddia edilən o "normallaşma"dan sonra törədilir. Bu cinayətkar və qatil rejim bir daha sübut etdi ki, bu rejimə qarşı olan dostluq hərəkətləri yalnız onun qəddarlığının daha da artması ilə nəticələnir. İsrailin riyakar hərəkətlərinin yeganə məqsədi müsəlmanları parçalamaq və Fələstin xalqını təcrid etməkdir. Səhv etməyin: İsrail yalnız müqavimət dilini başa düşür və Fələstin xalqı özünü müdafiə etmək və bu irqçi rejimin zorakılığına qarşı çıxmaq hüququna malikdir. Bu vəhşi hərəkətlər bir daha sübut etdi ki, sülhə aparan yeganə dinc yol bütün Fələstinlilər arasında, o cümlədən köçkün və sığınacaq axtaran Fələstinlilər arasında referendumun keçirilməsidir. Unutmaq lazım deyil ki, Fələstin yalnız bir ərəb və ya İslam məsələsi deyil, eyni zamanda beynəlxalq bir məsələdir. On illərdir günahsız Fələstin xalqına qarşı işlənən cinayətlər İnsan vicdanına ağırlıq verir. Bu səbəbdən beynəlxalq ictimaiyyət borcludur İsrail rejimini şiddətlə qınasın və onu Qəzzanın məhvinə və mühasirəsinə son qoymağa məcbur etsin. Birləşmiş Millətlər Təşkilatında fəal şəkildə çalışmalıyıq ki, bu məsələni həll etmək üçün Baş Məclisinin Təcili iclası çağırılsın. Bundan əlavə, bəzi Qərb hökumətlərinin qurbanları və cinayətkarları bərabərləşdirmək istiqamətindəki çirkin yanaşması bizi ümumi işimizin inkişafındakı çatışmazlıqlarımıza baxmağa məcbur edir. Biz sionist aparteid rejiminə qarşı regional və beynəlxalq səviyyədə "təşkilatlandırılmış" bir qanuni və siyasi kampaniya başlatmalıyıq. Fələstin xalqına qarşı cinayətləri izləmək və hesabat verməsi üçün beynəlxalq peşəkar nəzarət orqanı da yaradılmalıdır. Təqsirkarların ədalət mühakiməsinə çıxarılması üçün bu cinayətlər qeyd olunmalı və bildirilməlidir. Biz həmçinin bu təşkilat daxilində qərarlar və qətnamə qəbul etməliyik ki, İsraili bir aparteid rejimi kimi tanısın. Bundan əlavə, İsrailin cinayətkar əməlləri həm daxili qərarlarda, həm də İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində soyqırım və insanlığa qarşı cinayətlər kimi tanınmalıdır. Üzv dövlətlər öz məhkəmə hüquq səlahiyyətlərini elə genişləndirməlidirlər ki, işğal olunmuş Fələstin bölgələrində müharibə cinayətləri, soyqırımı və insanlığa qarşı cinayətlər törədən cinayətkarların mühakimə olunmasını da əhatə etsin.
Cənab sədr, əziz dostlar, İran İslam Respublikası həmişə olduğu kimi öz dostluq əlini hamınıza tərəf uzadır. Bütün fikir ayrılıqlarını kənara qoymağa və Fələstin xalqının hüquqlarını hər cür siyasi və qanuni yollarla müdafiə etmək üçün birləşməyə hazırıq.
Təşəkkür edirəm.