Fələstinlilərin birinci intifazəsi 1978 ildə başladı və 1993 cü ildə Oslo razılaşması ilə sona çatdı. Əl Əqsa intifazəsi (İkinci intifazə) 28 sentyabr 2000 ci ildə başladı və 2005 ci ilə qədər davam etdi və Qüds intifazəsi (üçüncü intifazə) 2015 ci il oktyabrın birində başlamışdır.
İntifazə yaxud daş inqilabı sionistlərin əleyhinə olan yeni bir hərəkatdır və ən az imkanlardan istifadə etməklə böyük hədəflərə (Fələstinin azad olmasına) görə başlamışdır. İntifazə fələstinlilərin qeyri ixtiyari olaraq Fələstin düşərgələrində qaydasında olmayan şəraitinə, işsizliyə, milli ayrı seçkiliyə və sionist rejim tərəfindən hər gün əzilmələrinə olan etirazdır.
Birinci intifazə Çağdaş Fələstin tarixində, ilk intifazadan əvvəl 1921, 1932 və 1939-cu illərdə üç intifazən olub, lakin bunların heç biri ilk intifazə qədər geniş yayılmamışdır. 1987-ci ilin dekabrında İran İslam Respublikası inqilabından ilhamlanan Qəzza yaxınlığındakı Cəbələdə başlayan hərəkatı Fələstin İslami Cihad hərəkatının Sionist hərbi patrul qrupuna hücumu ilə başladı. Əməliyyatda dörd Fələstinli döyüşçü - Məhəmməd Səid Cəməl, Sami Şeyx Xəlil, Əhməd Həls və Zəhdi Qərtəbe şəhid oldu. 1987 ci il s dekabr tarixində ölən Beytül Müqəddəs polis rəisinin intiqamı üçün müdafiəsiz dörd müsəlman işçi yük maşınının təkərlərinin altında qətlə yetirildi, daha 9 nəfər ağır yaralandı. Bu müsəlman işçilərin şəhid olmasının ardından Fələstinin bütün müsəlman bölgələrindəki vəziyyət alovlandı və fələstinli müsəlman kişi və qadınlar küçələrə axışdı və İntifazə formalaşdı.İlk intifada işğalçılara o qədər baha başa gəldi ki, Sionist rejimin o zamankı ilk naziri İshaq Rabin dedi: "Kaş ki, bir gün oyanıb bütün Qəzzanın dənizin altında qaldığını və bu məntəqənin şərrindən azad olduğumuzu görəydim. "
Intifadədən bir il sonra Fələstin Təşkilatı, Əlcəzairdəki on doqquzuncu Fələstin Milli Məclisində, sionist rejimin yanında bir Fələstin dövlətinin qurulmasını təsdiqlədi və rejimin varlığını tanıyan və fələstinlilərdən ərəb qaçqını kimi danışan 242 və 338 saylı qərar qəbul etdi. 1991-ci ildə Oslo Sazişi ilə ilk intifazə sakitləşdiririldi. Statistikaya görə, ilk intifada hadisələri zamanı İsrail ordusu tərəfindən təxminən 3000 fələstinli şəhid oldu.
İkinci intifazə Bu hadisə 28 sentyabr 2000-ci ildə Qüdsün İşğalçı gücünün o vaxtkı baş naziri Ariel Sharonun mübarək Əl-Əqsa məscidinə çox sayda İsrail əsgəri ilə birlikdə hücumundan sonra Əl Əqsa adlanan ikinci Fələstin İntifazəsi baş verdi. Sionistlərlə toqquşmalarda yeddi fələstinli öldü, 250-dən çox adam yaralandı və 13 sionist əsgər yaralandı. O zaman işğal altındakı Qüds şəhərində şiddətli toqquşmalar baş verdi. Əqsa İntifazəsinin ikinci günündə şəhid olan fələstinli şəhid uşaq "Məhəmməd əd-Dara" ikinci Fələstin İntifazəsinin rəmzi sayılır. İkinci Fələstin intifazəsi, ilk intifazəyə nisbətən daha çox toqquşmalı oldu və hərbi əməliyyatların artırılması və Fələstin müqaviməti ilə sionist ordusu arasında qarşıdurmalarda rəsmi statistikaya görə, 4.412 fələstinlini öldürdü və 48.322 yaraladı, digər tərəfdən də 1.069 sionisti öldürdü və 4500 nəfəri isə yaralandı. İkinci intifazə zamanı fələstinli müqavimət qrupları hərbi qollarını genişləndirməyə çalışdılar və Həmasın hərbi qolu olan Şəhid İzzəddin əl-Qəssam taburları istifadə etdikləri silahları inkişaf etdirdilər və Sionist şəhər və qəsəbələr hədəf ala biləcəkləri raketlər istehsal edə bildilər.
İkinci Fələstin intifazəsi nəhayət 8 fevral 2005 ci ildə Şarm əl-Şeyx zirvə görüşündə fələstinlilərlə sionistlər arasında imzalanan atəşkəs razılaşması ilə sona çatdı.
Üçüncü intifazə Üçüncü İntifazə və ya Əl-Qüds İntifazəsi 2015-ci ildə başlamış və tamamilə Yerusəlimin geri alınmasından bəhs edən üçüncü Fələstin döyüşüdür. Üçüncü intifazə, yalnız Fələstin müqavimət qruplarının üzvlərinə aid olmayan kütləvi bir xalq səfərbərliyi olmuşdur. Üçüncü intifazə Qüdsdə, Qərb sahilində , 1948 cil əraziləri və Qəzzə sərhədində fərdi əməliyyatların davam etməsi ilə xarakterizə olunur. Bu dəfə fələstinli gənclər sionistlərlə bıçaqdan istifadə edirərək əlbayaxa olurla ki, bu da Üçüncü İntifazənin Bıçaq İnqilabı adlandırmasına səbəb oldu. Bu xalq qiyamının səbəbi sionistlərin Məscidül-Əqsa məscidinə etdiyi təhqirlər idi və bu məsələ fələstinlilərin ayağa qalxmasına , öz dəyərlərini və müqəddəsliklərini qorumaq üçün sionist rejimlə qarşı-qarşıya gəlməsinə səbəb oldu.
Bu intifazədə onlarla insan şəhid oldu, yüzlərlə insan yaralandı və ya əsir götürüldü.
Dördüncü intifazə Donald Trampın Qüdsü saxta sionist rejimin paytaxtı elan etməsindən çox vaxt keçməmiş bildirildi ki, bir çox ölkənin xalqı və liderləri buna qarşıdırlar və on minlərlə fələstinli işğal altındakı ərazilərdə sionist silahlılarla toqquşdular. Fələstin müqavimətinin bəzi liderləri də dördüncü intifazənin başladığını rəsmi olaraq elan etdilər. Tramp "qırmızı xətlərdən çıxmağın lazım olduğunu" elan edərək Qüdsü sionist rejimin paytaxtı elan etdi və Fələstini İslam dünyasının ilk mövzusuna çevirərək bəzi irticaçı ərəb ölkələrini rüsvay olması, ABŞ ilə danışıqlar və sionist rejimlə razılaşma strategiyası heçə getdi və sionist rejimə qarşı Xalid Məşalın fikrincə qlobal ola biləcək hərtərəfli intifazə başladı.İki gündən az bir müddətdə Fələstinin müxtəlif bölgələrində fələstinli gənclərlə sionist silahlılar arasında misilsiz toqquşmalarda təxminən 1200 nəfər yaralanıb, dörd nəfər şəhid oldu. Qəzza zolağından işğal olunmuş ərazilərə qarşı raket hücumları da başladı və sionist təyyarələri tərəfindən Qəzzə zolağı dəfələrlə bombalandı. Buna dünyanın müxtəlif ölkələrində qlobal yürüşləri əlavə edin; həm də BMT Təhlükəsizlik Şurasının Amerikanın bu əməlinə qarşı və ABŞ-ın BMT-dəki nümayəndəsinin qeyri-adi bir cavabı ilə qarşılaşan misilsiz bəyanatını.
BMT Təhlükəsizlik Şurasının üzvləri də məsələni cümə gecəsi xüsusi bir iclasda, açıq bir şəkildə ABŞ qərarına qarşı çıxaraq bəyanat verməklə müzakirə etdilər. Görüşdə BMT-nin barışıq koordinatoru Nikolai Mladinov, ABŞ qərarından sonra yeni intifazəyə yol aça biləcəyini söyləyərək "yeni intifazə" olacağı barədə xəbərdarlıq etdi və Qüds məsələsinin aydınlaşdırılmasına çağırdı. Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur "Donald Trump qərarı ilə vəziyyəti sabitlikdənçıxardı, bunun təhlükəli nəticələri var və ləğv edilməlidir" dedi. Daha sonra Əl-Qüdslə bağlı ilk mövqeyinə görə Təhlükəsizlik Şurasına təşəkkür etdi. İclasın sonunda Fransa, Almaniya, İsveç, İngiltərə və İtaliyanın nümayəndələri, görünməmiş bir hərəkətlə müştərək bəyanat verib, ABŞ-ın Qüds qərarını "Təhlükəsizlik Şurasının qərarlarına zidd" və "faydasız" olaraq xarakterizə etdilər.Bu hadisələrdən sonra Türkiyə, Pakistan, Əfqanıstan, Almaniya, İngiltərə, Belçika, Livan, Malayziya, İndoneziya, Səudiyyə Ərəbistanı, Bəhreyn, İraq, İordaniya, ABŞ, Banqladeş, Hindistan, Yunanıstan, Yəmən və s. Trampın son qərarına qarşı geniş etirazlar keçirildi ,onlar öz qəzəb və nifrətlərini dilə gətirdilər.
Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas da ABŞ-ın artıq Orta Şərq sülh prosesini izləmək səlahiyyətinə sahib olmadığını bildirdi: "ABŞ-ın Əl-Qüds mövzusunda tutduğu mövqeyə qarşı çıxırıq və ABŞ-ın artıq Yaxın Şərqi izləmək səlahiyyətinə sahib olmadığını düşünürük. Fələstinin azadlıq təşkilatının icraçı rəhbəri və Fəth hərəkatının komitə üzvü Saib Əriqat da belə elan etdi: “Trump Qüdslə bağlı qərarına qayıtmayana qədər Fələstinin ABŞ ilə heç bir əlaqəsi olmayacaq... Amerika ilə sülh müzakirəsinə oturan hər bir fəlstinli onun tərəfindən Trampın bu qərarını təsdiq etmək mənasına gələcək.”