Axtarış...

"Akkord" sakinlərə QARŞI... - Özbaşınalıq...

"Akkord" sakinlərə QARŞI... - Özbaşınalıq...

” Akkord” tikinti şirkətinə məxsus Bakıxanov qəsəbəsindəki “Uğur-2” yaşayış kompleksində yerləşən stadion sökülür. TİA. Az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. Onun sözlərinə görə, stadionun dəmir konstruksiyalarının bir hissəsi düzəldilmək əvəzinə, uşaqların idman meydançası tamamilə sökülür. Güclü küləkdən əyilmiş dəmirlər indi çıxarılır, əslində əvəzinə yenisi qoyulmalıdır. Lakin deyilənə görə, stadion təmir edilmir, şumlanır. Jurnalist Vüqar Süleymanovun “Akkord”a rəhbər gəlişindən sonra söküntünün baş verdiyini bildirib. Qeyd edək ki, əvvəlki rəhbərlik qeyri-rəsmi olaraq sabiq baş prokuror Zakir Qaralovda idi. Məsələyə dövlət qurumlarının reaksiya verməsinə çağırış olunub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz