Axtarış...

Elşad Həsənov işinin öhdəsindən GƏLƏ BİLDİMİ?.. - Faktlar onun əleyhinədir...

Elşad Həsənov işinin öhdəsindən GƏLƏ BİLDİMİ?.. - Faktlar onun əleyhinədir...
Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elşad Həsənov 2020-ci il hesabatını verməyi “unudub”. Rublika.Az-ın məlumatına görə, İH-nin rəsmi saytında yalnız 2019-ci ilin hesabatına rast gəlmək mümkündür.

E.Həsənov isə 2019-cu ilin noyabrında təyinat aldığı üçün İH-nin saytındakı hesabat da onun dövrünə aid deyil. İcra başçısı 2020-ci il üçün hesabat təqdim etməliydi ki, onu da deyəsən, “yaddan çıxarıb”.

İcra başçısı ictimaiyyətə açıqlamır ki, pandemiya ilində Yasamal rayonunda hansı işlər həyata keçirilib, nə kimi problemlər həll olunub.

Bu da hesabatlılıq, şəffaflıq və məsuliyyətlilik nöqteyi-nəzərdən Yasamal İH rəhbərliyinin nöqsanı kimi qəbul olunmalıdır. Ümumiyyətlə, E.Həsənov Yasamalın necə deputatı olubsa, elə də icra başçısıdır.

O, parlament fəaliyyətində də seçiciləri ilə maraqlanmazdı, Milli Məclisdə çıxışlar etməzdi. Elə ki icra hakimi təyin olundu, bu sükut daha da çox davam etdi. Yasamal rayon sakinləri E.Həsənovu üzdən bəlkə tanımırlar.

Ən azı “Sovetski” sakinlərinin problemlərinə diqqət göstərməklə fərqlənə bilərdi. Amma dəfələrlə evləri sökülənlər Yasamal İH qarşısına toplaşıb, icra başçısı kabinetindən çölə çıxıb maraqlanmayıb.

Sakinlərin dediyinə görə, onların bir çoxu ev ala bilməyib, kirayələrdə qalan varlar, qeydiyyatları belə yoxdur, polisdədir.

Şikayətçilərin sözlərinə görə, Yasamal rayon icra başçısı Elşad Həsənov keçmiş başçı Əziz Əzizovun əməlləri haqda Bakı meri Eldar Əzizova məruzə etməliydi.

Amma E.Həsənov da sakinlərin hüquqlarının bərpası istiqamətində heç bir addım atmayıb. Bu mənada 2020-ci il üçün icra başçısının nə hesabat verəcəyi də məntiqə uyğundur. Axı E.Həsənov nə iş görüb ki, nəyin hesabın versin?!

Onun ən böyük “hesabatı” sərt karantin zamanı yaşı 65-dən yuxarı olan ahıl qadın günün günortaçağı “20 Yanvar” metrosu yaxınlığında küçə süpürməyə məhkum etməsi idi. Həmin vaxt yaşı 65-dan yuxarı olanların küçəyə çıxmasına qadağa qoyulmasına baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinə tabe olan MKTB rəhbərliyi yaşlı nənəyə küçə süpürdürdü.

Ona görə də Prezidentə və ictimaiyyətə Yasamal rayonu ilə bağlı 2020-ci ildə heç bir hesabat verilməyib. 2019 hesabatında isə görüntü xatirinə olsa belə hansı küçənin, hansı məhəllənin abadlaşması haqda ən azı məlumat var. E.Həsənov gəldiyi gündən bir yol asfaltlanmayıb, bir məhəllə abadlaşmayıb, bir ərazinin abadlaşmasına tapşırıq verməyib.

Çox uzağa getmədən, Yasamalın “Şamaxinka”, Alatava massivlərinə baxmaq, Yeni Yasamala baş çəkmək yetərlidir ki, yolların nə vəziyyətdə olduğunu görəsən.

Bundan əlavə, səliqə-sahman yox, hər yer satılıb, nəticədə Yasamal ən sıx əraziyə çevrilib. Çünki İH tərəfindən verilən sərəncamlarla harada gəldi obyekt, bina inşa olunub.

İcra başçısından narazılıq tək buna görə deyil. E.Həsənov Yasamaldan olan şəhid ailələri, qazilərlə də az maraqlanır. Baş çəkdiyi Yasamal rayonundakı bəzi şəhid ailəsinə isə müxtəlif çeşiddə ərzaq paketləri paylayıb. Sanki şəhid ailəsinin onun bir qutu ərzağına ehtiyacı var. Onlar dövlət tərəfindən hər bir qayğı ilə əhatə olunublar. Yəni E.Həsənov özünü göstərmək və təbliğat naminə bunu edir və İH-nin rəsmi saytında fotolar yerləşdirir. Prezident icra başçılarını təyin edərkən birinci göstərişi vətəndaşlara xidmətlə bağlı olmuşdu.

Amma görünür ki, E.Həsənov da digər İH rəhbərlərindən seçilmir. Halbuki kadr islahatları aparılarkən gənc məmurlara etimad göstərilməklə onların daha çevik, mobil iş quracağı gözlənilirdi.

Onlar isə gözləntiləri tam doğrultmurlar. Bu istiqamətdə daha bir gənc icra başçısı ilə bağlı yazımızı təqdim edəcəyik.
Rubrika.Az


0
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz