Axtarış...

Qarabağ Qaziləri BÜROKRATİYA İLƏ ÜZ-ÜZƏ - GİLEY

Qarabağ Qaziləri BÜROKRATİYA İLƏ ÜZ-ÜZƏ - GİLEY


Gəncə sakini Mehdi Gözəlov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda əlillik dərəcəsini ala bilmədiyini bildirir.

Mehdi Gözəlov sentyabrın 28-də Füzulinin Qaraxanbəyli kəndi uğurunda gedən döyüşlərdə başından yaralanıb və ordudan təxris edilib. Başının sol tərəf sümüyünün demək olar ki, bir hissəsi yoxdur. Bakıda Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alıb. Hospitalın həkimləri başıın sol hissəsinə kapron qoyulacağını bildiriblər.

“Əməliyyatla bağlı Hospitaldan xəbər çıxmadığı üçün 4-5 dəfə özüm onlara yaxınlaşdım. Ancaq hər dəfə dedilər ki, hazırda başına kapron qoya bilmərik. Vaxtı çatanda özümüz xəbər edəcəyik”.

M. Gözəlov Mərkəzi Hərbi Klinik Hosptalından başqa digər xəstəxanalara müraciət etmədiyini bildirir. Onun sözlərinə görə, atası sadəcə bir dəfə YAŞAT fonduna zəng edib. Onlar isə bildiriblər ki, “biz əsgərlərə baxmırıq”.

Şikayətşi bildirir ki, ona əlillik dərəcəsinin təyin edilməsi üçün Mərkəzi Hərbi Klinik Hospitaldan Kəpəz rayon Vətənpərvərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə şəhadətləndirmə göndərilməlidir. Ancaq onun sözlərinə görə, bu məsələ də 4 aya yaxındır ki, gecikir.

“Atam dəfələrlə Hospitala zəng edib, şəhadətləndirmənin göndərilməsini tələb edib. Onlar isə hər dəfə “bu gün gələcək, sabah gələcək” deyirlər. Mən bu sənədi almalıyam ki, onu Kəpəz rayon Tibbi-Siosial Ekspert Komissiyasına təqdim edim ki, əlillik dərəcəm təyin edilsin”, deyə şikayətçi bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz