Axtarış...

AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”

AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”

Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlama ilə çıxış edib. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, H. K.Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib. O, qeyd edib ki, yerli toxumu qalmayan, xaricdən buğda toxumu almaq məcburiyyətində qalan bir çox ölkələr belə problemlərlə üzləşirlər. Belə ölkələri aclıqla təhdid edilərək onlara GMO toxumlar verilir.

AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”

Böyüközər həmçinin bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb. Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb.

“Azərbaycan ölkəyə GMO məhsullar buraxmayan nadir ölkələrdən olsa da, toyuqlara verilən qarğıdalıdan nümunələr götürülərək İstanbula gətirdik. Nümunələr GMO testi üçün labarotoriyaya göndərildi. Elə həmin ərəfədəTürkiyədən bir telefon zəngi gəldi. Bizdən çox kobud tonda nümunələri nə edəcəyimizi soruşdu, cavablandırdıq. Bu dəfə “sizə yanlış nümunə veriblər, doğru nümunəni firma sizə göndərəcək” dedi. Ona “biz lazımi nümunələri götürmüşük, siz niyə işimizə qarışırsınız?” dedikdə isə tanınmış bir şirkətin Türkiyə təmsilçiliyindən olduqlarını deyib bizi təhdid etməyə başladı”, – deyə H. K.Böyüközər qeyd edib.

AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”
GIMDES sərdi deyir ki, bütün lazımi təhlillər aparıldıqdan sonra nəticədə Azərbaycanda broyler firmasında toyuqlara verilən qarğıdalının GMO-lu olduğu ortaya çıxıb.

“Azərbaycana GMO-lu məhsulların gətirilməsi qadağan olsa da, demək həmin şirkət saxtakarlıq edərək həmin GMO-lu qarğıdalıları ölkəyə keçirib”, – deyə Böyüközər bildirib.

Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyası (GIMDES) Türkiyədə 2005-ci ildən fəaliyyət göstərir. İndiyə qədər Azərbaycanın bir çox broyler şirkətləri bu sertifikatı almaq üçün Assosiasiyaya müraciət ediblər.

AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”

Virtualaz.org-un məlumatına görə, Azərbaycandan Assosiasiyaya ilk müraciət edən şirkətlərdən biri “Səba” (“Dəvəçi broyler”) olub. Lakin şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən virtualaz.org-a bildirildi ki, fabrikin məhsulları bir neçə il dalbadal bu sertifikatı alıb, şirkət imtina cavabı almayıb: ““Səba” şirkəti illərdir GIMDES-in halal sertifikatını alır və hər il də yenilənir. Digər tərəfdən isə “Səba” şirkəti toyuqların bəslənməsində özünün istehsal etdiyi qarğıdalıdan istifadə edir. Məhz bu səbəbə görə, 2008-ci ildən, dünyada quş qripi yayılmağa başlayanda xaricdən gətirilən qarğıdalıdan imtina olunub. 2011-ci ildən isə qarğıdalı əkininə başlanılıb və 2012-ci ildən toyuqlara yerli istehsal olan yem verilir. “Səba” GIMDES-ə də yalnız özünün istehsal etdiyi yemdən göndərib”, – deyə şirkətdən bildirdilər.


AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”
İlk GIMDES sertifikatı “Səba” şirkətinə 2014-cü ildə verilib və hazırda sertifikatın bitmə müddəti 2019-cu ilin sentyabr ayıdır. Bu barədə GIMDES-in saytında məlumat verilib. Sertifikat verilməyən və müddəti bitən şirkətlərin adları qeyd olunsa da, bunlar son 1 və ya 2 il ərzində müraciət edən şirkətlər olduğundan H.K. Böyüközərin haqqında danışdığı broyler barəsində məlumat qeyd olunmayıb.

Ancaq “AzPolitika.info”xatlrladır ki, ekspertlər bur neçə il əvvəl “Səba” toyuqlarının insan sağlamlığı üçün təhlükəli ola biləcəyinə dair xəbərdarlıq etmişdilər. Bunun səbəbini isə “Səba” şirkətinin toyuqların yemlənməsi üçün becərdiyi qarğıdalı toxumu ilə bağlamışdılar.
Belə ki, “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.
AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”
Məsələnin narahatlıq doğuran tərəfi isəodur ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrindən – Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. Ekspertlər “Səba” şirkətini bu məhsulu başqa ad altında ölkəyə gətirməkdə itiham ediblər.
AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir qrup mütəxəssislər birlikdə təşkil etdiyi mətbuat konfransında GMO tərkibli yemləyetişdirilən toyuqların insanların sağlamlığını təhlükə altında qoyduğunu bəyan edib.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov isə bildirib ki, Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər: “Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar. Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi. Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır.”.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında “Səba”nın toyuqların yemlənməsində istifadə etdiyi GMO tərkibli soyaların zərərlərindən danışıb. Bildirib ki, “Səba”dan onaz toyuqlara yem kimi həmdə soya unu verildiyini deyiblər: “Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır… Çox istərdik ki, bizə yedizdirilən məhsulun haradan gətirildiyini və tərkibini dəqiq bilək. Fikir verin, ölkədə kitab mağazaları yoxdur, amma istənilən binanın altında 2-3 aptek var. Nəyə görə, ona görə ki, yediklərimiz bizi gətirib apteklərə çıxarır”.
AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”
Qeyd edək ki, “Səba” İstehsalat Birliyinin nümayəndəsi istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını iddia edib. Ancaq yayılan son məlumatlar, istər-stəməz ekspertlərin narahatçılığını yada salır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz