Axtarış...

Belarus və Azərbaycan razılığa gəldi: İqtisadi əməkdaşlıqda yeni mərhələ

Belarus və Azərbaycan razılığa gəldi: İqtisadi əməkdaşlıqda yeni mərhələ



Belarus və Azərbaycan iqtisadi əməkdaşlıqda yeni kooperasiya mərhələsinə keçmək barədə razılığa gəlib.

BELTA-nın məlumatına görə, bu barədə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra jurnalistlərlə görüşündə bəyan edib.

Dövlət başçısının sözlərinə görə, 13 və 14 aprel danışıqları zamanı tərəflər münasibətlərin hərtərəfli təftişini həyata keçiriblər. Belarus və Azərbaycan arasındakı münasibətlərin strateji mahiyyəti, həmçinin beynəlxalq gündəmdə problem və ya fikir ayrılıqlarının olmadığı təsdiqlənib.

“Dünyadakı vəziyyətlə bağlı qiymətləndirmələrimiz tamamilə üst-üstə düşür. Qlobal iqtisadi böhran, pandemiya və ən əsası gələcək üçün birmənalı olmayan proqnozlar kontekstində perspektiv üçün birgə hərəkətlərə dair aydınlıq var”, - deyə o, bildirib.

O, son zamanlarda ölkələrin münasibətlərində əhəmiyyətli irəliləyişlər olduğunu qeyd edib.

Danışıqlar zamanı ticari-iqtisadi əməkdaşlıq və yeni kooperasiya mərhələsinə keçmə mövzusuna daha çox diqqət yetirilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz