Axtarış...

Rusiya və Belarus birləşir: ilkin razılaşma əldə olundu



Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko birlik dövlətinin inkişaf istiqamətində görülən işlərin bir hissəsi olaraq, ortaq hökumət və parlamentin yaradılması barədə ilkin razılığa gəliblər.


Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentlər arasındakı razılaşma 2021-ci ilin yanvarından etibarən iki ölkənin iqtisadi sistemlərinin qismən birləşdirilməsini nəzərdə tutur.


Belarusun Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Semaşkonun sözlərinə görə, vahid qurumların işi hər iki ölkənin müstəqilliyini qorumaqla, müəyyən idarəetmə funksiyalarının məcburi şəkildə yerinə yetirilməsindən ibarət olacaq.


Bunan əlavə Birlik Dövlətinin 1999-cu il sazişində vahid vergi qanunvericiliyinə keçid, vahid neft, qaz və elektrik bazarlarının yaradılması da nəzərdə tutulub.


Xatırladaq ki, Birlik Dövləti haqqında sazişi Lukaşenko və Rusiya Federasiyasının sabiq prezidenti Boris Yeltsin imzalamışdılar. Razılaşmaya əsasən vahid Ali Dövlət Şurası, parlament, Nazirlər Şurası, məhkəmə və Birlik Dövlətinin Hesablama Palatası yaradılmalıdır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz