Rusiya və Ermənistan liderləri arasında telefon danışığı baş tutub.
Millitv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vladimir Putinlə Nikol Paşinyan 10 noyabr üçtərəfli razılaşmasının bəndlərinin icrasını müzakirə ediblər.
Bundan başqa, müharibədə əsir və itkin düşmüş şəxslərin taleyi ilə bağlı fikir mübadiləsi aparılıb.