Axtarış...

Fermerlər İnam Kərimovun umrunda da deyil... - GİLEY

Fermerlər İnam Kərimovun umrunda da deyil... - GİLEY
“Dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə Cəlilabad rayonu Şabanlı ərazisində yaşayan vətəndaşlar müraciət ediblər ki, gübrə almaq üçün ödəniləcək subsidiyanı köçürsünlər. Əfsuslar olsun ki aidiyyatı qurumlar bu gün də bunu qulaq ardına vururlar”.

KONKRET.az xəbər verir ki, bu barədə rayon sakini, fermer Əfrahim Abbas məlumat verib. Onun sözlərinə görə, “Taxıl zəmiləri gübrəsiz qaldığı üçün inkişafdan demək olar ki, tam düşüb. Bu çox əhəmiyyətli strateji məhsula biganəlik görən aidiyyati qurumlarda haradan qaynaqlanır?”.

Ə.Abbas saytımıza yazdığı müraciətində daha sonra bildirib:

“Hər il Azərbaycan dövləti milyonlarla ton bu strateji məhsulu xaricdən baha qiymətə almaq məcburiyyətində qalır. Görəsən, bu sahəyə məsul olan məmurlar bununla xalqı Dövlətə, ölkə başçısına qarşı qaldırmaq kimi pis niyyət güdmürlər ki? Yoxsa bununla ölkə iqtisadiyyatını daxildən çökdürməyə cəhd edirlər? Mən təkcə bir ərazinin adını çəkdim. Onlarla belə ərazilər var ki, hələ də subsidiyanı ala bilməmək ucbatından taxıla gübrə və alağa qarşı dərman verə bilməyib.

Ölkə başçısının sərəncamlarına biganə yanaşmaq hansı zərurətdən yaranıb? Bu sahə üzrə narazılıq çox böyükdür”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz